Yaddas kitabcasi

İdman aylıqlarının yekunu

İdman aylıqlarının yekunu2012-ci ili “İdman ili” elan etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamının tələblərinə uyğun olaraq İsmayıllı rayon Gənclər və İdman İdarəsi (Gİİ) bir sıra tədbirlər həyata keçirmişdir. 25 may-22 aprel 2012-ci il tarixində rayonun idarə, müəssisə və təşkilatları, eləcə də 01-25 iyul 2012-ci il tarixlərində ilk dəfə yerli icra nümayəndəlikləri arasında idmanın bir sıra növləri üzrə aylıqlar keçirilmişdir.
11 avqust 2012-ci il tarixində Heydər Əliyev adına Mərkəzdə idman aylıqlarının yekunlarına həsr olunmuş toplantı keçirilmişdir. Toplantıda RİH başçısının birinci müavini Rəfael Əhmədov rayonda idman sahəsinə göstərilən diqqət və qayğıdan söz açmış, qazanılan uğurları çəkilən zəhmətin nəticəsi kimi dəyərləndirmişdir.
Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli aylıqlar barədə geniş məlumat vermişdir. Qaliblərə Gİİ-nin mükafatlarını təqdim edən R. Əhmədov onları RİH başçısı Nizami Ələkbərovun adından təbrik etmişdir.

Səbuhi Əzizov

Şərh Yaz