Təbiətdən bəhrələnən qız

Çinarə Kazımzadə İsmayıllı rayonunun Tircan kəndində anadan olmuş, valideynləri ilə birlikdə Bakı şəhərində yaşayır və Suraxanı rayonunun 318 saylı tam orta məktəbinin VII sinif şagirdidir. O, yay tətilini ata-baba yurdu olan Buynuz və Tircan kəndlərində keçirir .Çinarəni təbiətin gözəlliyi heyran edir. Hər iki kəndin təbiəti insanı daxilən zənginləşdirir, saflaşdırır, yaradıcılığa səsləyir.Təbiətdən bəhrələnən qızTircan kənd tam orta məktəbində tarix-coğrafiya müəllimi işləyən xalası Gülyanaq müəllimə Çinarənin əl işlərini görüb onu daha da həvəsləndirmək məqsədilə rayon Heydər Əliyev Mərkəzinin əl işləri sərgisi və rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Təbiət muzeyi” ilə tanış edir. Çinarə özü ilə gətirdiyi 12 adda əl işini muzeyə bağışladı. Müxtəlif bitkilərin toxumları ilə, muncuqlarla, ilmələrlə işlənmiş əl işlərinə baxdıqca, bu qızın incəsənətə olan marağına heyran qalmamaq mümkün deyil.
Çinarədən soruşanda ki, bu gözəl cəlbedici əl işlərini necə görürsən, necə hazırlayırsan. O, cavabında belə dedi:
-Mən özümdən heç nə əlavə etmirəm, sadəcə olaraq, təbiətdə gördüklərimi, lövhələrə, parçalara , kağız üzərinə köçürürəm. Axı təbiətdən kamil rəssam yoxdur. Buna görə də təbiəti sevirəm, meşədə, çəmənlikdə gəzməyi, bulaq başına getməyi xoşlayıram. Səhər tezdən yuxudan oyanıb həyətə çıxıram . Quşların şən nəğmələrinə qulaq asıram. Onu bilirəm ki, gözəllikdən yaxşı heç nə ola bilməz. Yaxşı deyiblər: “Gözəllik dünyanı xilas edəcək”.
Təbiətdən bəhrələnən, ilhamlanan Çinarəyə rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Təbiət muzeyinə” bağışladığı əl işlərinə görə təşəkkür edirik və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Yaşar Nuriyev,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru

Şərh Yaz