Kənddə bayram tədbiri

15 iyun ölkəmiz və xalqımız üçün çox əlamətdar bir tarixdir. Azərbaycan Respublikasının iqtisadi və siyasi inkişafının təməli məhz bu tarixdən qoyulub. Azərbaycan tarixinin çox çətin bir dövründə xalqın tələbi və arzusu ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi. Bununla da respublikanı bürümüş təhlükə sona çatdı.Kənddə bayram tədbiriHacıhətəmli kəndində icra nümayəndəliyi, kənd bələdiyyəsi, məktəb, klub və kitabxana işçilərinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş günü qeyd olundu. Tədbiri giriş sözü ilə RİH başçısının Hacıhətəmli inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.Dadaşov açdı.
Sonra bələdiyyə sədri M.Hüseynov, Qurtuluş gününün yaranma səbəblərindən ətraflı danışdı. Hacıhətəmli kənd tam orta məktəbinin direktoru N.Ağakişiyev ümummilli liderin əvəzsiz xidmətlərindən söz açdı. Digər iştirakçılar da ürək sözlərini söylədilər. Bayram şənliyi məktəblilərin hazırladıqları kompozisiyaların nümayişi ilə başa çatdı.
İlqar Şərifov,
kənd kitabxanasının müdiri

Şərh Yaz