Yaddas kitabcasi

Şəhidlik zirvəsinə ucalanlar. Güllər sizsiz açıldı

Qışla yazın güləşindən yorğun düşmüş yamaclar ağ köynəyini çıxarıb günəşin qızılı şəfəqlərində “tərini” qurutduğu vaxtda əsgərlərimiz düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması planını cızırdılar.
Yazın ilıq nəfəsini duyduqca donu açılan, donu açıldıqca daha rahat nəfəs alan torpaq sanki əli-silahlılarımızı ittiham edir: – Məni əsarətdən qurtarın, məni yağılardan təmizləyin! – nidaları ilə fəryad edirdi.
Bu haraya səs verən qeyrətli oğullar sırasından mart ayında ismayıllılar 9 nəfər igidini itirdi.
1993-94-cü illərin açılacaq güllərini dərib, sevimli, əziz insanlara hədiyyə etmək, onlara qismət olmadı.
Onlar Vətəni canlarından artıq sevdiklərindən onun azadlığı uğrunda təbiətin cana gəldiyi vaxtda canlarını qurban verdilər.
Ruhunuz şad olsun! Allah sizə rəhmət eləsin, şəhidlərimiz!

S/S Şəhidin soyadı, adı, atasının adı Anadan olduğu il Həlak olduğu tarix Son ünvanı
1. Mirzəyev Hidayət Əziz oğlu 1943 05-03-1993 Ruşan kəndi
2. Şərifov Qədir Sabir oğlu 1969 11-03-1993 Hacıhətəmli kəndi
3. Əmirəliyev Çingiz Qəribxan oğlu 1966 20-03-1993 İsmayıllı şəhəri
4. Bağıyev Füzuli Kinyaz oğlu 1974 28-03-1993 Mollaisaqlı kəndi
5. Ağayev Zakir Paşa oğlu 1969 29-03-1993 Aşıqbayramlı kəndi
6. Əzimov Mirzəağa Kamal oğlu 1966 03-03-1994 Təzəkənd kəndi
7. Həsənov Ruman İldırım oğlu 1975 06-03-1994 İsmayıllı kəndi
8. Hüseynov Arif Fətəli oğlu 1966 18-03-1994 Qubaxəlilli kəndi
9. Bəbirov Zaur Mazan oğlu 1975 20-03-1994 Tircan kəndi

Şərh Yaz