Yaddas kitabcasi

Vətən uğrunda döyüşənlərlə görüş

Vətən uğrunda döyüşənlərlə görüşVətəni müdafiə etmək hər bir vətəndaşın borcudur. Qarabağ uğrunda gedən döyüşlərdə Vətən neçə- neçə oğul və qızlarını qurban vermişdir. Vətən uğrunda döyüşüb şəhid olanları hər zaman ürəyimizdə yaşatmalıyıq. Ona görə də məktəblərdə bu istiqamətdə mütəmadi iş aparılmalıdır. Müharibə veteranları ilə görüşlər bu qəbildəndir.
Hər bir məktəbdə olduğu kimi, İsmayıllı şəhər 4 saylı tam orta məktəbində də vətənpərvərlik tədbirlərinə diqqət yetirilir. Bu məqsədlə müharibə veteranları ilə görüş oldu. Bu görüşdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi İsmayıllı rayon şöbəsinin sədr müavini, II qrup Qarabağ müharibəsi əlili Kamil Dadaşov və təşkilatın üzvü, I qrup Qarabağ əlili Əlisahab Əzizov iştirak etmişlər. Veteranlar bu görüşdə müharibədən geniş söhbət açdılar. Onlar bir çox insanların görmədikləri erməni vəhşiliklərindən danışdılar. Bu danışıqlardan sonra insanın düşmənə nifrəti daha da artır.
Məktəbin direktoru Vaqif Əsgərov da bu görüşdə çıxış edərək məsələyə münasibətini bildirmişdir. Hazırkı sabitliyin qorunub saxlanmasında müharibə şəhidlərinin və veteranlarının böyük rolu olduğunu vurğulamışdır.
Görüşdə Böyük Azərbaycanın indiyə gəlib çatan və bu torpaqların xeyli hissəsinin itirilməsi də qeyd edildi. Bu torpaqların Vahid Azərbaycan şəklində birləşməsinin hazırkı nəslin üzərinə düşdüyü də qeyd olundu. Bu fikirlərdən sonra biz şagirdlərin Vətənə daha sədaqətli olmağımızın vacibliyini anlamalıyıq.
Görüşdə iştirak edən Qarabağ əlili Əlisahab Əzizovun döyüşdə yaralanıb hərbi hospitala gətirilərkən gözlərini açıb: “məni bura niyə gətirmisiz, mən sürünə-sürünə olsa da, ən azı 1-2 düşmən öldürə bilərdim” sğzlərini deyir. Bu kəlmələr uşaqlara bir örnəkdir.
Veteranların görüşdə şagirdlərlə bölüşdüyü təəssüratlarından sonra şagirdlər də onlara vətənpərvərlik mövzusunda sualları oldu.
Əlisahab Əzizov döyüşdə bir ayağını itirib. Bu mövzuda şagirdlər ona sual verdi ki, buna görə təəssüflənirsiz, ya yox? Onun cavabı belə oldu: “Təki Vətən sağ olsun!” Digər sual isə belə idi: ”Siz düşmən ilə üz-üzə qalanda hansı hissləri keçirdiniz? Cavabında: “ancaq və ancaq düşmənə nifrət və onu öldürmək keçirdi ürəyimdən”.
Görüşü yüksək səviyyədə təşkil edən məktəbin hərbi rəhbəri, II qrup Qarabağ əlili Azər Şahalıyev də müharibə haqqında təəssüratlarını şagirdlərlə bölüşdü. Görüşün sonunda biz şagirdlərin müharibə haqqında məlumatlarımız və düşmənə olan nifrətimiz daha da artdı. Görüşdə müharibə haqqında veteranların biz şagirdlərlə bölüşdüyü təəssüratlardan sonra belə bir qənaətə gəlirsən: Biz hər zaman Vətənin müdafiəsinə qalxmağa hazır olmalıyıq.
Vüqar Sabirli,
məktəbin şagirdi

Şərh Yaz