Yaddas kitabcasi

“Bahar nə xoş gəlir, ruha dad verir”

Hər adi günü bir bayrama çevrilən Azərbaycan, onun dilbər guşəsi olan İsmayıllı Novruzun – Milli tariximizin ən dərin qatlarından, ən qədim köklərindən qaynaqlanan Bahar bayramının pişvazına çıxıb.
20 mart 2012-ci il. Görünüşü, hərarəti ilə yox, hələ ki, təqvimlə həyatımıza sevinc gətirən Bahar qışdan çəkinə-çəkinə qar altından yenicə boylanan novruzgülünü, bənövşəni, gecikmiş zoğal çiçəyini, çoxdan gözlədiyimiz günəşin ilıq şüalarını özü ilə götürüb İsmayıllıya gəlir. Rayon rəhbərliyinin təşəbbüsü onu Lahıca istiqamətləndirir. Xalq sənətkarlığı, memarlıq mədəniyyəti, zəngin etnoqrafiyası, milliliyi, tarixiliyi ilə bölgəmizin simvoluna çevrilmiş qəsəbəyə bu il Novruz bayramına ev sahibliyi etmək hüququ verilib. Lahıcda yaşayan soydaşlarımız da bunu onlara verilən dəyər, göstərilən hörmət, tarixlərinə verilən obyektiv qiymət kimi qəbul edirlər. Bu səbəbdən sevincləri hədsizdir.Hər adi günü bir bayrama çevrilən Azərbaycan, onun dilbər guşəsi olan İsmayıllı Novruzun – Milli tariximizin ən dərin qatlarından, ən qədim köklərindən qaynaqlanan Bahar bayramının pişvazına çıxıb.
20 mart 2012-ci il. Görünüşü, hərarəti ilə yox, hələ ki, təqvimlə həyatımıza sevinc gətirən Bahar qışdan çəkinə-çəkinə qar altından yenicə boylanan novruzgülünü, bənövşəni, gecikmiş zoğal çiçəyini, çoxdan gözlədiyimiz günəşin ilıq şüalarını özü ilə götürüb İsmayıllıya gəlir. Rayon rəhbərliyinin təşəbbüsü onu Lahıca istiqamətləndirir. Xalq sənətkarlığı, memarlıq mədəniyyəti, zəngin etnoqrafiyası, milliliyi, tarixiliyi ilə bölgəmizin simvoluna çevrilmiş qəsəbəyə bu il Novruz bayramına ev sahibliyi etmək hüququ verilib. Lahıcda yaşayan soydaşlarımız da bunu onlara verilən dəyər, göstərilən hörmət, tarixlərinə verilən obyektiv qiymət kimi qəbul edirlər. Bu səbəbdən sevincləri hədsizdir.
Gəlişimizin ilk dayanacağı bazar meydanıdır. Artıq burada meydan tədbirlərinə başlanıb. Tonqal çatılıb, yandırılma vaxtını gözləyir. Ətraf Novruzun simvolu olan səmənilərlə bəzədilib, mahnılar oxuyurlar. Keçəllə Kosa da öz işlərindədir. Bayram şənliyinə yumorlu ovqat qatırlar. Bayramı qarşılamağa çıxan dəstələr milli çalğı alətlərinin bahar təravətli sədaları altında qəsəbənin Ərəgit məhəlləsinə istiqamət götürür. Qonaqlar da bu sıralarda addımlayırlar. Lahıc isə heç zaman bu sayda qonaq qarşılamamışdı. Kökləri bu qədim diyarla bağlı olanlar özlərinə borc biliblər ki, gəlib bayram şənliyində iştirak etsinlər.
Saat 16-ya az qalmış bayram iştirakçıları “Dər məscid”dəki (məscid qapısı) meydana çatırlar. Meydan milli ruhda, Novruza uyğun, bahar sevincini əks etdirən formada bəzədilib. Orijinal, heç yerdə rast gəlmədiyimiz nəhəng bir tonqal hazırlanıb.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının bədii kollektivi, rayon Mədəniyyət və Turizm Şöbəsinin ansamblı, nəfəsli alətlərin mahir ifaçısı Rasim Ələsgərov, Mollaisaqlının, İvanovkanın və Ağbulağın folklor qrupları, idmançılar, Diyallı pəhləvanları tədbirin başlanmasını gözləyirlər.
Milli paltarda xanımlığı daha bariz görünən aparıcı qız Novruz bayramı şənliyini açır və ilk sözü Novruz bayramının Lahıcda keçirilməsi təşəbbüsünün müəllifi, onun üçün bütün imkanları səfərbərliyə alan rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərova verir. O təbrik nitqində deyir:
– Əziz ismayıllılar, tariximizin qədimliyini özündə əks etdirən Lahıc qəsəbəsinin dəyərli sakinləri!
Xalqımızın bahar müjdəli, torpaq ətirli, sevimli Novruz bayramı münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə gözəl əhval-ruhiyyə, sağlamlıq, şən həyat, xoş ovqat arzulayıram!
Novruz ulu əcdadlarımızın bizə ən gözəl yadigarıdır. Azərbaycan torpağında bu bayram çox qədim zamanlardan əsil milli bayram kimi qeyd olunur.
Əsrlərin sınağından çıxmış, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların biri-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Ölkəmiz müstəqilliyə qovuşduqdan sonra Novruz bayramı ümummilli liderimiz Heydər Əliyevin sayəsində dövlət səviyyəsində qeyd olunmağa başlandı. Bu da tarixi köklərə qayıdışın, milli-mənəvi dəyərlərə qayğının güclənməsini şərtləndirdi.
Hər kəsin layiqincə qarşılamağa çalışdığı Bahar bayramında insanın fikri, əməli və istəyi təzələnir. İnsanlarda saf duyğular oyanır. Dünya haqqında ilkin təsəvvürlərlə bağlı olan bu bayram mənəvi gözəlliyi və xeyirxahlığı təcəssüm etdirir.
Məhz bunlara görədir ki, 2009-cu ildə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun qeyri-maddi-mədəni irsi siyahısına daxil edilmişdir.
Həmçinin, 2011-ci il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “İsmayıllı Azərbaycanın sənətkarlıq paytaxtı” elan olunmuşdu. Bununla bağlı həyata keçirdiyimiz tədbirlər rayonumuzun sosial-mədəni həyatına mənəvi zənginlik gətirmişdir.
Bayram sevincini yaşayan hörmətli soydaşlarımız!
Möhtərəm Prezidentimiz İlham Əliyevin qlobal düşüncəyə, dönməz siyasətə əsaslanan rəhbərliyi sayəsində Azərbaycan dövləti getdikcə qüdrətlənir. Dövlət və cəmiyyət həyatının bütün sahələri qabaqcıl dünya standartlarına uyğunlaşdırılır, demokratik dəyərlər, insan hüquqları daha dolğun təmin olunur. İqtisadiyyatda inkişaf artır, əhalinin sosial rifahı yüksəlir.
Cəmiyyətimizdə milli birlik, sosial həmrəylik güclənir. Vətəndaşlarımızın nikbin əhval-ruhiyyəsi, sabaha inam hissi artır. Əhalinin ən müxtəlif təbəqələri, sosial qrupları arasında əməkdaşlıq və birlik möhkəmlənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2009-cu il oktyabr ayının 29-da rayonumuza səfər etməsi, rayonun sosial-iqtisadi həyatının zənginləşməsi ilə bağlı verdiyi sərəncamlar bugünkü və gələcək inkişafımız üçün sarsılmaz zəmin yaratmışdır. Azərbaycanı xoşbəxt həyata qovuşdurduğuna, İsmayıllıya göstərdiyi qayğıya görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildirir, onu Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik.
Biz qərara gəldik ki, bu ilki Novruz bayramını ümummilli liderimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin böyük dəyər verdikləri, insanları ilə yaxından tanış olduqları, tarixin sınaqlarından şərəflə çıxan, İsmayıllının qədimliyinin simvolu, xalq sənətkarlığının beşiyi olan Lahıcda keçirək. Budur, biz bir yerdəyik, milli bayramımızdan doğan fərəh və sevinci birgə yaşayırıq. Lahıc, İsmayıllı, bütövlükdə Azərbaycanımız çox ölkələri heyrətə salacaq daha xoşbəxt günlərini bundan sonra yaşayacaqdır.
Əziz bayram şənliyi iştirakçıları!
Qarşıladığımız Bahar bayramı münasibətilə bir daha sizi təbrik edir, hamınıza can sağlığı, xoşbəxtlik və səadət arzulayıram! Qoy bu bayram hər evə, hər ocağa xeyir-bərəkət, ölkəmizə yüksəliş, torpaqlarımıza sülh gətirsin!
Bayramınız mübarək olsun!
Millət vəkili, İsmayıllının yüksəlişində xüsusi fəallıq göstərən, hər bir seçicisinə qayğı ilə yanaşan və hər günündə onunla birgə olan, sevincinə sevinib, kədərinə şərik olan Novruzəli Aslanov bahar bayramı münasibətilə şənlik iştirakçılarına səmimi təbriklərini çatdırdı.
Söz Mahnı Teatrına verildi. Bilal Əliyevin ürəkdən oxuduğu mahnılar, qəlbinin istiliyini hopdurduğu muğamlar bayram iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. O səs, o avaz bahara, Novruza köklənmiş qəlblərə bir az da həzinlik gətirdi, insanların ruhunu oxşadı.
Üçüncü muğam müsabiqəsinin qaliblərindən biri Kamilə Nəbiyevanın Xanəgahdan ucalan səsi Lahıcda pərvazlandı.
Gülyaz və Gülyanaq Məmmədova bacılarının, Vaqif Şıxəliyevin və digər sənətçilərin oxuduqları mahnılar, rəqs qrupunun ifaları hərarətli alqışlarla qarşılandı.
Əməkdar müəllim Hikmət Haqverdiyev ümumrayon Novruz şənliyinin Lahıcda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı, rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərova və qonaqlara qəsəbə əhalisi adından təşəkkür etdi.
Novruz şənliyinin davamında İvanovkanın və Mollaisaqlının folklor qruplarının, Sahibə Abdullayevanın, Aşıqlar ansamblının, Rövşən Teyyubovun, Qalib Güləliyevin çıxışları bayrama xoş ovqat gətirdi, onu daha da zənginləşdirdi. Hikmət Əhmədovun rəhbərliyi ilə gələn pəhləvan qrupunun qüdrətli çıxışları ən yüksək alqışlara səbəb oldu.
Bayrama özünəməxsusluq gətirən Kosa və Keçəl tədbir boyu yorulmadan çalışdılar.
Hava qaranlıqlaşanda tonqal yandırıldı. Alovları göylərə yüksələn tonqal ətrafında birliyin, vəhdətin rəmzi olan yallı gedildi.
Möhtəşəm atəşfəşanlıq oldu.
2012-ci ilin Novruz bayramı beləcə başa çatdı. Hər bir iştirakçı evinə qayıdarkən özü ilə fərəh və sevinc apardı.
V.Salehov,
Ş.Dağlaroğlu

Şərh Yaz