Yaddas kitabcasi

”Röya” da 8 Mart bayramı

Ürəkləri riqqətə gətirən oynaq musiqi sədaları məclis boyu yayılır. Hamının üzündən bayram əhval-ruhiyyəsi oxunur.
– Salam, hörmətli tədbir iştirakçıları, əziz xanımlar! – deyə aparıcı mərasimin başlandığını bildirir: Ömrümüzə gələn yaza, Novruza qucaq açmaqda olduğumuz bir vaxtda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş belə möhtəşəm bayram tədbirində xoş gördük sizləri. Tarixə varmadan, geriyə boylanmadan bu günə baxıb 8 Martı günlərin, bayramların ən gözəli hesab edirik. Bu bayram sədaqətin, məhəbbətin, dəyanətin, ləyaqətin, xoş ülfətin, səmimiyyətin, fəzilətin, sevginin təcəssümü olan qadınların – sizlərin bayramıdır.
Baharın gəlişindən ruhumuzun qidalandığı bir vaxtda əziz xanımlarımızın bayramı bizə bir daha xoş ovqat bəxş edir.Ürəkləri riqqətə gətirən oynaq musiqi sədaları məclis boyu yayılır. Hamının üzündən bayram əhval-ruhiyyəsi oxunur.
– Salam, hörmətli tədbir iştirakçıları, əziz xanımlar! – deyə aparıcı mərasimin başlandığını bildirir: Ömrümüzə gələn yaza, Novruza qucaq açmaqda olduğumuz bir vaxtda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş belə möhtəşəm bayram tədbirində xoş gördük sizləri. Tarixə varmadan, geriyə boylanmadan bu günə baxıb 8 Martı günlərin, bayramların ən gözəli hesab edirik. Bu bayram sədaqətin, məhəbbətin, dəyanətin, ləyaqətin, xoş ülfətin, səmimiyyətin, fəzilətin, sevginin təcəssümü olan qadınların – sizlərin bayramıdır.
Baharın gəlişindən ruhumuzun qidalandığı bir vaxtda əziz xanımlarımızın bayramı bizə bir daha xoş ovqat bəxş edir.
Bu gün üçqat bir şənliyin iştirakçılarıyıq. Bahar fəsli öz təravəti ilə ana torpağımızı qucaqlayır. 8 Martı yüksək səviyyədə, istəkli insanlarımızın əhatəsində bayram edirik. Üçüncü, bayram bu gün qonağı olduğumuz gözəl məkanla bağlıdır.
Hədsiz fəxr, qürur hissi ilə deyə bilərik ki, bu razılığın yaranmasında dövlət siyasətinə sədaqət göstərən Prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında fəaliyyət göstərən, hər bir layihədə rayon əhalisinin maraqlarını əsas götürən rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun həlledici rəhbərlik və icraçılıq əməyi vardır. Əziz qadınlar, sizi təbrik etmək üçün sözü hörmətli Nizami müəllimə veririk.
RİH-in başçısı N.Ələkbərov tədbirdə iştirak edən xanımları, onların timsalında rayonun bütün qadınlarını, öz adından və rayon ictimaiyyəti adından ölkənin birinci xanımı Mehriban Əliyevanı, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir.
Aparıcı: -Hörmətli Nizami müəllim, həmişə olduğu kimi, səmimi çıxışınıza, xanımların ünvanına dediyiniz xoş sözlərə görə Sizə bütün rayon qadınlarının təşəkkürünü çatdırırıq. Qadınların üzü o zaman gülür, onlar o zaman bəxtəvər olurlar ki, evlərindəki, ellərindəki insanların üzü gülsün, oğulları, qardaşları, ərləri sağ olsun, bəxtəvər olsun. Bu mənada Nizami müəllim, biz də Sizə, məclisin bütün kişi iştirakçılarına ən xoş arzularımızı çatdırır, üzünüzdən təbəssüm, könlünüzdən rahatlıq əskik olmasın deyirik.
Xanımların şəninə gözəl bir mahnı oxumaq üçün rayon xanımlarının ön cərgəsində duran, İsmayıllını vəsf etməkdən şərəf duyan, rayondakı inkişafdan sevinən, ara-sıra bizi muğam dünyasına aparan, prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülən Sahibə Abdullayevaya söz verilir. Muğamdan sonra mahnıya, rəqsə yer ayrılır.
Yaddaşlar təzələnir, ana, Vətən, dünyanı yaşadan məhəbbət haqqında bəyənilən şeirlər dilə gəlir. Ən yaxşı şeir deyənlər mükafatlandırılır. Qalibləri öncədən seçilmiş münsiflər heyəti müəyyənləşdirir. Tədbirdə iştirak edənlərin sırasından mahnı oxuyan, şeir söyləyən xanımların müsabiqəsi keçirilir. Müsabiqə qaliblərinə hədiyyələr verilir.
Təşkil olunmuş viktorinaların maraqlı suallarına cavab tapmaq xanımlar üçün o qədər də çətin olmur. Sınaqdan qalib çıxanlar qiymətli hədiyyələrə sahib olurlar.
Hörmətli xanımlar, bu bayram günündə sizin şəninizə təbriklər, xoş sözlər demək nə qədər rahatdır, – deyə aparıcı sözünü davam etdirir.
Aşıq Yanvar Bədəlov tədbirdə iştirakı ilə tədbir iştirakçılarının saza, sözə olan istəklərinə qol-qanad verir. Sahibə xanımın, Piralı Şıxıyevin və Bəhruz Haşımovun ifasında səslənən mahnılar tədbirin musiqi bəzəyi olur. Qızlar, qadınlar əl-ələ tutub yallı gedirlər. Balaca Sirusun qarmonda, Cavid Bədəlovun akkordionda ifaları bayram şənliyinə yaddaqalan dəqiqələr əlavə edir. “Niyal” xalq çalğı alətləri ansamblının hər bir üzvü tədbirin şən keçməsi üçün kifayət qədər əmək və bacarıq sərf edir.
Aparıcı: -Hörmətli xanımlar, analar və bacılar, rayon İcra Hakimiyyətinin istəyi, təşəbbüsü və təşkilatçılığı, Rayon Gənclər və İdman İdarəsinin maliyyə dəstəyi ilə sizin şəninizə keçirilən, rayonun əksər təşkilatlarından nümayəndələrin iştirak etdiyi gözəllik və məhəbbət bayramı sona yetir.
Bayram şənliyinin bu məkanda keçirilməsi də Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Nizami müəllimin təşəbbüsüdür. Məqsəd odur ki, rayonumuzda əhalinin mədəni istirahəti üçün yaradılmış tikililəri görüb, onlardan yetərincə istifadə edəsiniz.
Sevimli qızlarımız, əziz qadınlarımız, bir daha bayramınız mübarək! Nəsibiniz, səadət, xoşbəxtlik, sağlamlıq, şən həyat olsun!
Qüdrətlənən, qüvvətlənən, yüksələn, ucalan Azərbaycanın daha firavan sabahını yaşamaq xoşbəxtliyinə qovuşasınız, əziz qadınlar!
Ş.Dağlaroğlu

Şərh Yaz