Bilik və vərdişlərə yiyələnmək üçün
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsi çərçivəsində fevral ayının 16-da rayonun Heydər Əliyev Mərkəzində seminar keçirilmişdir.
Seminarın işində RİH-in, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların hüquqşünasları, kargüzarları, eləcə də bələdiyyə sədrləri iştirak etmişlər.
İsmayıllıda bu məzmunda seminar sonuncu dəfə 2009-cu ildə keçirilmişdir. Hazırda keçirilən seminarda əsas məqsəd dövlət orqanlarında iş təcrübəsinə malik olan hüquqşünas kadrların potensialından səmərəli istifadə etmək, həmin şəxslərin gələcəkdə bu qanunların tətbiqi, izahı ilə əlaqədar müəyyən biliklərə və vərdişlərə yiyələnməsini təmin etməkdən ibarətdir.
Seminarın işində Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Tədris və Metodiki Şöbəsinin rəisi Yəhya Məmmədov, GİZ-in “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin rəhbəri Şakir Səfərbəyov iştirak etmişlər.
İşgüzar şəraitdə keçən seminarda təşkilatşı tərəf dinləyicilərin bir sıra suallarını cavablandırmışdır.
İsmayıllı rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Valeh Hüseynov seminarın işindən razı qaldığını, əldə olunan yeni biliklərin həyata keçirilən işlərə tətbiq olunacağına ümidvarlığını bildirmişdir.
“İsmayıllı xəbərləri”