Yaddas kitabcasi

Həyata keçiriləcək layihələr çoxdur

Həyata keçiriləcək layihələr çoxdurFevralın 17-də rayon gənclər mərkəzində İsmayıllı RİH başçısı Nizami Ələkbərovun “ 2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2012- ci ildə qarşıda duran vəzifələr haqqında” hesabat məruzəsi dinlənilmişdir.
Rayon gənclər mərkəzinin foyesində ilk diqqət cəlb edən, burada təşkil olunmuş sərgi idi. Burada yerli istehsal olan kənd təsərrüfatı məhsulları, xalça və misgərlik məmulatları nümayiş edilirdi. “Xoşbəxt”kiçik müəssisəsində toxunan xalçalar, “Sandal” ayaqqabı sexinin, Lahıc misgərlərinin, Basqal kəlağayı toxuyanların məhsulları diqqət çəkirdi. Sərginin böyük əksəriyyəti yerli istehsal olan ərzaq məhsulları təşkil edirdi. İsmayıllı çörək sexinin, İvanovkadan “Kazakov və oğulları” kiçik müəssisəsinin arıçılıq məhsulları, rayon quşçuluq ASC –nin, Lahıc süfrə suları, “Qaya” istirahət mərkəzinin müxtəlif şirələri, “İsmayıllı şərab-2” ASC-nin müxtəlif növ şərabları, N. Nikitin adına kolxozda istehsal olunan ərzaq məhsulları daha çox diqqəti çəkirdi. Digər bir sıra kiçik müəssisələrin məhsulları da sərgiyə çıxarılmışdır.Həyata keçiriləcək layihələr çoxdurHəyata keçiriləcək layihələr çoxdurFevralın 17-də rayon gənclər mərkəzində İsmayıllı RİH başçısı Nizami Ələkbərovun “ 2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2012- ci ildə qarşıda duran vəzifələr haqqında” hesabat məruzəsi dinlənilmişdir.
Rayon gənclər mərkəzinin foyesində ilk diqqət cəlb edən, burada təşkil olunmuş sərgi idi. Burada yerli istehsal olan kənd təsərrüfatı məhsulları, xalça və misgərlik məmulatları nümayiş edilirdi. “Xoşbəxt”kiçik müəssisəsində toxunan xalçalar, “Sandal” ayaqqabı sexinin, Lahıc misgərlərinin, Basqal kəlağayı toxuyanların məhsulları diqqət çəkirdi. Sərginin böyük əksəriyyəti yerli istehsal olan ərzaq məhsulları təşkil edirdi. İsmayıllı çörək sexinin, İvanovkadan “Kazakov və oğulları” kiçik müəssisəsinin arıçılıq məhsulları, rayon quşçuluq ASC –nin, Lahıc süfrə suları, “Qaya” istirahət mərkəzinin müxtəlif şirələri, “İsmayıllı şərab-2” ASC-nin müxtəlif növ şərabları, N. Nikitin adına kolxozda istehsal olunan ərzaq məhsulları daha çox diqqəti çəkirdi. Digər bir sıra kiçik müəssisələrin məhsulları da sərgiyə çıxarılmışdır.
Yığıncağı RİH başçısı Nizami Ələkbərov giriş sözü ilə açmış və qonaqları təqdim etmiş, sonra hesabata başlamışdır.
Hesabat yığıncağına rayonun hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatların nümayəndələri dəvət edilmişdi. Azərbaycan Respublikası Prezident aparatının məsul işçisi Niyaz Əliyev, millət vəkili Novruzəli Aslanov hesabat yığıncağında iştirak etmişdir. RİH başçısının birinci müavini Rəfael Əhmədov, müavinlər – Əzizə Vahabova, Həsən Həsənov, Rövşən Ağayev, icra aparatının şöbə müdirləri də yığıncağın iştirakçısı idilər.
N.Ələkbərovun hesabatından sonra çıxışlara başlanmışdır. Rayon prokuroru Rahib Seyidov, 10 saylı ərazi vergilər idarəsinin rəisi Şahismayıl Bayramov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, RİH başçısının İvanovka İƏD- üzrə nümayəndəsi Olqa Jabina, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov, Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli, rayon qaz istismar sahəsinin rəis əvəzi İlham Qasımov çıxış etmişlər.Sonra qonaqlara – millət vəkili Novruzəli Aslanova, Azərbaycan Respublikası Prezident administrasiyasının məsul işçisi Niyaz Əliyevə söz verilmişdir.
Yığıncağın qərar layihəsini icra aparatının işçisi Sevil Əhmədova oxumuşdur.
Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Sonda RİH başçısı N.Ələkbərov yığıncağı yekunlaşdıraraq yeni ildə həyata keçiriləcək layihələrdən söhbət açmışdır.
Toplantıda daha bir xoş məqam yaşandı. Rayon mədəniyyət şöbəsinin müğənnisi Sahibə Abdullayeva prezidentin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. RİH başçısı N.Ələkbərov medalı Sahibə xanıma təqdim etmişdir. Öz növbəsində, S. Abdullayeva da yüksək mükafat üçün prezident İlham Əliyevə və xalqına minnətdarlığını bildirmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz