Düşmənə nifrət, vətənə məhəbbət, dövlətə sədaqət ruhunda

Düşmənə nifrət, vətənə məhəbbət, dövlətə sədaqət ruhundaFevral ayının 25-də, rayonun Heydər Əliyev Mərkəzində RİH başçısı Nizami Ələkbərovun iştirakı ilə Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, o ağrılı-acılı günlərin içindən keçib gələn qaçqın və məcburi köçkünlərin nümayəndələri iştirak etmişdir. N.Ələkbərov giriş nitqində demişdir:
– Bu gün ağır bir dərdi, kədəri, millətimizin başına gətirilən faciənin ağırlığını yenidən yaşamaq üçün anım mərasiminə toplaşmışıq.Düşmənə nifrət, vətənə məhəbbət, dövlətə sədaqət ruhundaDüşmənə nifrət, vətənə məhəbbət, dövlətə sədaqət ruhundaFevral ayının 25-də, rayonun Heydər Əliyev Mərkəzində RİH başçısı Nizami Ələkbərovun iştirakı ilə Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, o ağrılı-acılı günlərin içindən keçib gələn qaçqın və məcburi köçkünlərin nümayəndələri iştirak etmişdir. N.Ələkbərov giriş nitqində demişdir:
– Bu gün ağır bir dərdi, kədəri, millətimizin başına gətirilən faciənin ağırlığını yenidən yaşamaq üçün anım mərasiminə toplaşmışıq.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə tarixi düşmənlərimiz olan ermənilər keçmiş SSRİ-nin 366-cı alayı ilə birləşərək Xocalı şəhərinə hərbi hissənin arsenalında olan bütün növ silahlarla hücuma keçdilər. Millətimizə qarşı soyqırım törədildi. Dünya müharibələri tarixində Xocalı soyqırımınadək belə qəddarlığa, dinc insanlara qarşı qeyri-insani, vəhşi hərəkətlərə rast gəlinməmişdi.
1988-ci ildən başlanıb bu gün də davam edən ermənilərin türk dünyasına düşmənçiliyi bir an da səngiməmiş, imkan yaranan kimi silahla, ardıcıl olaraq təbliğat vasitələri ilə özünü göstərmişdir. Separatçılıqla əsası qoyulan Ermənistan-Azərbaycan müharibəsinə ikili standartlarla yanaşmanın nəticəsi olaraq Xocalı faciəsi, millətimizə qarşı soyqırım törədildi. Fevralın 26-sı səhər saat beşədək Xocalı yer üzündən silindi. Erməni vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir.
Xocalı soyqırımında 8 ailə tamamilə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirmişdir. 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Xocalı faciəsi miqyasına və qəddarlığına görə Xatın və Sonqmi faciələrindən geri qalmır.
Ölkə həyatının bütün istiqamətlərində ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirən prezident İlham Əliyev “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” sərəncam imzalamışdır.
Bu mühüm dövlət sənədində deyilir: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Bu gün biz də cənab Prezidentin sərəncamının icrası ilə bağlı və qəlbimizin hökmü ilə Xocalı faciəsini anmaq üçün bir araya gəlmişik.
Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçılarından rayon Məhkəməsinin hakimi Azad Əliyev, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Şuşa köçkün məktəbinin direktoru Nizami Şahvələdov, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini İsrayıl İsmayılov, Soltankənd kənd tam orta məktəbinin direktoru Sabir Məhərrəmov, şəhər 5 saylı tam orta məktəbinin direktoru Elçin Məmmədov və rayon Peşə Tədris Mərkəzinin şagirdi Xəyalə Əzimova Xocalı soyqırımının səbəb və nəticələri barədə fikirlərini açıqlamışlar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz