Yaddas kitabcasi

Sahibkarlığın inkişafına dövlət dəstəyi

Sahibkarlığın inkişafına dövlət dəstəyiİsmayıllıda yerli alma sortlarının əkilməsi stimullaşdırılacaq
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini fevralın 17-də İsmayıllı rayonunun Cülyan kəndində keçirmişdir. Tədbirdə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 150-dək sahibkar iştirak etmişdir.
Tədbir çərçivəsində İsmayıllı rayonunda, o cümlədən tədbirin keçirildiyi Cülyan kəndində güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik və orta əraziyə malik intensiv alma bağlarının salınması, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının, tutumu 500 ton olan müasir soyuducu anbar kompleksinin, 500 başlıq südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Bununla yanaşı, kiçik həcmli üzümçülük təsərrüfatının yaradılması və kiçik əraziyə malik intensiv alma bağlarının salınması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, belə layihələrin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanmışdır.
Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov çıxış etmişlər.
Müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 406 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 60-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“İsmayıllı xəbərləri”

Şərh Yaz