Söz mülkünün sultanı

Bu günlərdə Ağbulaq kənd ümumi orta məktəbində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunmuş “Söz mülkünün sultanı“ adlı geniş ədəbi-bədii gecə keçirilmişdir.
Məktəbin dil-ədəbiyyat müəllimi Əflatun Baxışovun şairin həyat və yaradıcılığı haqqında ətraflı çıxışından sonra Ağbulaq kənd klubu və məktəb özfəaliyyət dərnəklərinin birgə hazırladığı musiqili-ədəbi kompozisiya tamaşaçılara təqdim olunmuşdur.
Şagirdlər şairin məşhur qəzəllərini, hikmətli aforizmlərini səsləndirmişlər. ”Xəmsə“yə daxil olan poemalardan səhnələşdirilmiş parçalar tamaşaçıların ürəyincə olmuşdur.
Daha sonra “Xəmsə” müsabiqəsi keçirilmişdir. Tədbirdə Nizami obrazının ifaçısı Əlibala Baxışlı xüsusi istedadı ilə seçilmişdir. Bəhruz Dosməmmədov, Ayna Hüseynova, Soltan Əsədov, Nuranə Bağırova, Aliyə Baxışlı, Reyhanə Hüseynova, Aysel Əmirova, Səfər Dəmirov, Şahbacı Əkbərova, Sevda Mirzəyeva, Elnarə Əkbərova, Sübhanə Bağırova və başqaları çıxışları ilə Nizamiyə olan böyük ehtiramlarını nümayiş etdirmişlər.
Tədbirin sonunda fəal iştirakçılara məktəb rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Mehman Əşrəfov,
məktəbin direktoru

Şərh Yaz