Yaddas kitabcasi

“Neftçi” haqqında erməni etirafı

Yanvarın 18-də Sankt –Peterburq şəhərində Rusiya Futbol İttifaqının yaradılmasının 100 illiyinə həsr edilmiş “Dəri top” beynəlxalq uşaq futbol turnirinin bütün mükafatçıları müəyyənləşmişdir.
Şəhərin “Peterburq” konsert-idman kompleksində yanvarın 15-dən 18-dək keçirilən turnirdə 9 ölkədən 12 komanda iştirak etmişdir. Yarışın finalında “Neftçi”(Bakı, Azərbaycan) 1:0 hesabı ilə “Sozvezdiye” (Dzerjinsk, Rusiya) komandasını məğlub edərək yarışın qalibi olmuşdur. Üçüncü yer uğrunda yarışda 73 saylı idman məktəbi (Lvov, Ukrayna) 3:2 hesabı ilə “Maşinostroitel”i (Tixoretsk, Rusiya) üstələmişdir.
“Neftçi”nin yeniyetmə futbolçuları bu yarışda xüsusilə fərqlənmişlər. “Ağ-qaralar”ın 14 yaşlı futbolçularından ibarət komanda ənənəvi “Dəri top” turnirində bütün rəqiblərinə qalib gəlmişdir. Məhz buna görə də turnirin ən yaxşı beş nəfər futbolçusu siyahısına “Neftçi”dən iki nəfər düşmüşdür. Bunlar turnirin ən yaxşı müdafiəçisi Əli Şirinov və həmyerlimiz Rövlan Muradovdur. Final oyununda yeganə qolun müəllifi Əli olmuşdur.Turnirin kubokunu Əliyə sabiq Olimpiya çempionu, müdafiəçi Viktor Losev təqdim etmişdir. Rövlan Muradov isə kuboku ötən illərin məşhur hücumçusu Fyodr Çerenkovdan qəbul etmişdir.
Bütün komandaların oyunçularına xatirə hədiyyələri təqdim edilmişdir. Təqdimat mərasimində keçmişin məşhur futbolçuları, Rusiyanın idman, turizm və gənclər siyasəti nazirliyinin,Ümumrusiya “Dəri top”yarışlarının prezidenti, millətcə erməni Nikita Simonyan iştirak etmişlər. Simonyan qalibləri, mükafatçıları təbrik edərkən “Neftçi”nin uğura layiq olduğunu etiraf etmişdir.
Komandanın baş məşqçisi Araz Qulamov haqqında xoş sözlər söyləmək olar. O, gəncləri turnirə çox yaxşı hazılaya bilmişdir. Bunun nəticəsi olaraq turnirin kuboku Azərbaycana gətirilmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz