Uğuruna sevinir, ürəkdən təbrik edirik  

                 

Həqiqi hərbi xidməti başa vurduqdan sonra həyatını bir ömür böyu hərbi işə bağlayan həmyerlimiz çoxdur. Belə oğullardan biri İsmayıllı rayonunun Diyallı kəndində böyüyüb boya-başa çatmış Fərzəliyev Seymur Oqtay oğludur.

Baş çavuş Seymur Fərzəliyevin qüsursuz xidməti Azərbaycan Silahlı Qüvvələri günü ərəfəsində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə mükafata layiq görülüb.

Belə ki, S.Fərzəliyev “Hərbi xidmətdə fərqlənməyə görə” ikinci dərəcəli medalla təltif olunub.

Vətənə, xalqa xidməti alqışa layiq olanlarla həmişə öyünüb fəxr etmişik. Samirin qazandığı uğura sevinir, onu ürəkdən təbrik edirik.

İsmayıllı xəbərləri”

Şərh Yaz