Bəyənilən və təqdirəlayiq addımlar  

   

Müharibə tarxi həyatımızın ölüm-itimli səhifələridir. Vətən uğrunda can qurban edən oğullarımızdan sonra dünyaya gələn nəsillər daha mübariz, daha yurdsevən olurlar. Əlbəttə, buna görə də igid oğullarımızın, hünərvər qızlarımızın sırasının seyrəlməməsi üçün yeni ailələr qurulmalı, dünyaya həyatı, öz nəslinin davamçısı olmağa can atan  övladlar bəxş etmək gənclərimizin başlıca  amallarından biri olmalıdır.

Ölənlə ölmək olmur demiş atalarımız. Biz – bir öləndə on dirilə bilən xalqın övladlarıyıq.  Elə bu səbəbdən torpaqlarımızın azadlığı uğrunda  şəhid olmuş qəhrəman oğullarımızın bacı və qardaşları bir müddət yas saxladıqdan sonra kədərləri ilə barışıb, ailə həyatı qurmağı özlərinə vətəndaşlıq borcu bilirlər. Bir çox hallarda isə dünyaya gələn oğlan uşaqlarına şəhid əzizlərinin adını verirlər. Bütün bunlar bəyənilən və təqdirəlayiq addımlardır.

Bu ilin iyul ayı yadımızda həm də toylar ayı kimi qalacaq. 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərmiş şəhid qardaşımız Etibar Şirinovun bacısının toyu da bu aya təsadüf edib.

Rayonun İvanovka kəndində keçirilən bu toyda yaxınlar, doğmalar, kənd sakinləri ilə bərabər rayon şəhidlərinin valdeyinləri, ailə üzvləri də böyük fərəhlə iştirak ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun, eləcə də əlaqədar təşkilatların nümayəndələrinin toyda iştirakı, şadlıq məclisinə xüsusu ovqat bəxş edib. Şirinovlar ailəsi demək olar ki, öz sevincini bütün ismayıllılarla, hətta, toya kənar rayonlardan gəlmiş xoş arzulu insanlarla bölüşüblər.

Toy iştirakçılarının hər biri qurulan ailəyə, gənclərə, bir sözlə, subaylara xoşbəxtlik diləyib.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz