Lahıcdan Nyu-Yorka uzanan şərəfli yol   

               

Vahab Cəbrayılov – Lahıc qəsəbə tam orta məktəbinin məzunudur. 2015-ci ildə Respublika Fənn Olimpiadalarının riyaziyyat üzrə qalibi olub və 2017-ci ildə məktəbi qızıl medalla bitirib.

Ali məktəbə qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbini seçib. Təhsil aldığı müddətdə Prezident təqaüdünə layiq görülüb.

V.Cəbrayılov daha sonra Türkiyənin Orta Doğu Texnik Universitetində təhsilini davam etdirib.

Təhsil illərində adı universitetin “Yüksək Şərəf “ lövhəsində olub. ODTÜ-nü ortalama 3.8 balla bitirib.

Vahab ABŞ-ın Kolumbiya Universitetinin (dünya reytinqinin 22-si) doktorantura pilləsinə tam təqaüdlə qəbul olunub. Onun illik təqaüd məbləği 110.000 ABŞ dollarıdır.

O, həm də ABŞ-da tədqiqat və təhsil üzrə professor köməkçisi kimi çalışacaq.

Vahab “Google” şirkətində təcrübə keçmiş, nüfuzlu beynəlxalq elmi konfransda səslənmiş 2 elmi məqalənin həmmüəllifidir.

Həmyerlimizin qazandığı uğurlardan qürur duyur, onu İsmayıllı təhsilinə dəyər verənlər adından təbrik edirik.

İsmayıllı xəbərləri”

Şərh Yaz