Şəhidin doğum günündə xatirəsinə inşa edilmiş bulağın açılışı olub

İsmayıllıda 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Cahan Məmmədzadənin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilmiş şəhid bulağının açılışı olub.

Mərasim iştirakçıları əvvəlcə Təzəkənd kənd qəbirstanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər.

Daha sonra M.Əzimov adına Təzəkənd kənd orta məktəbində şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı olub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP İsmayıllı Rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Əlişir Süleymanov, şəhid ailələri, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Mərasimdə RİH başçısının müavini Sevil Əhmədova, şəhid ailələri və qazilər çıxış edərək Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş oğullarımızın, eləcə də Cahan Məmmədzadənin döyüş şücaətindən, düşmən üzərində qazanılan qələbədən, Azərbaycan Ordusunun gücündən, qüdrətindən danışıblar.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərinə minnətdarlıqlarını bildirib, bulağın inşasında əməyi keçən şəxslərə təşəkkür ediblər.

Sonda məktəblilərin ifasında kompazisiyaya baxılıb, İsmayıllı şəhidlərinin xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirilib, şəhid ailələri ilə xatirə şəkli çəkilib.

Şərh Yaz