Sakinlərlə yerlərdə görüşlər davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırırlır.

Növbəti görüş Zərnava kəndinin sakinləri ilə keçirilib. Görüşdə RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Çıxışlarda vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib.

Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Şərh Yaz