Click here to move

RİH-də vətəndaş qəbulları

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, eləcə də bu istiqamətdə dövlət siyasətini əsas tutaraq İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib, onların problem və müraciətləri dinlənilib.
Keçirilən qəbullarda Milli Məclisin üzvü Novruzəli Aslanovun vaxtaşırı iştirakı da vətəndaşların üzləşdiyi problemlərin sürətli həllini reallaşdırır.
May ayı ərzində keçirilən qəbullar zamanı vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində, obyektiv araşdırılması və operativ həlli ilə bağlı rayon rəhbəri Nahid Bağırov tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.

Şərh Yaz