Ölkə birinciliyinə vəsiqə qazanıblar                      

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həs olunmuş “Təhsil” Respublika İdman  Mərkəzinin (RİM) zona (Oğuz)  yarışında İsmayıllı rayonunun Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin 10 yaşlı idmançısı Ömər Manaflı və 14 yaşlı Gülşən Allahverdiyeva ikinci yeri tutaraq, ölkə birinciliyi üzrə keçiriləcək yarışa vəsiqə qazanıblar.

Qaliblər “Təhsil” RİM-nin Diplom və medalları ilə, eləcə də İsmayıllı Rayon Təhsil Şöbəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin Diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

İdmançılarımıza qarşıdakı məsul yarışlarda da qələbələr arzu edirik.

Tural Haşımov,

məktəbin dərs hissə müdiri

Şərh Yaz