Zəfər uğurlu siyasət nəticəsində qazanılıb                             

Uşaq-Gənclər İnkişaf Mərkəzində “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib. Tədbirdə qonaq qismində 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva, müharibənin başlandığı gündən qəhrəmancasına döyüşmüş və Füzuli uğrunda gedən döyüşlərdə sağ ayağını itirmiş qazi Kənan Kərimli və Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva iştirak ediblər.

Tədbirdə dərnək üzvləri 44 günlük Vətən müharibəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Daha sonra qonaqlar Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində qazanılmış Zəfərdən, bu Zəfər tarixinə adlarını qızıl hərflərlə yazmış şəhidlərdən geniş söhbət açıblar.

Çıxışlar şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı duaları ilə bitib.

İsmayıllı xəbərləri”

 

 

 

Şərh Yaz