Məqsəd vətəndaş məmnunluğunun artırılmasına dəstək olmaqdır                    

Yeni Azərbaycan Partiyasının ölkənin siyasi səhnəsinə gəlişindən 29 il keçir. Ötən bu müddət, uğurla gedilən bu  29  illik yol sübut etdi ki, xalqımız düzgün olaraq seçim etmişdir.

1990-cı illərin əvvəllərində Azərbaycan dövləti idarə olunmurdu. Qüvvələr daxildəki çəkişmələrə yönəlmişdi, düşmənə müqavimət göstərilmirdi, torpaqlarımız əldən gedirdi. Xilas yolunu düşünə bilən kimsə yox idi. Belə bir vaxtda bütün nəzərlər Naxçıvana-ulu öndər Heydər Əliyevə yönəlmişdi. Onun Azərbaycan rəhbərliyinə gəlişi üçün ideoloji əsas, siyasi platforma lazım idi. 91 nəfərin imzası ilə yeni partiya yaratmaq və Azərbaycana rəhbərlik sükanını ələ almaq xahişi ilə Heydər Əliyevə müraciət edildi. Bu müraciət bütün Azərbaycan xalqının çağırışı idi. Ulu öndər bu çağırışa müsbət cavab verdi və 1992-ci il noyabr ayının 21-də blokada şəraitində yaşayan Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının birinci konfransı keçirildi. Müxalifətdə olan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində bütün ölkəni əhatə etdi,  1993-cü il iyun ayının 15-də əvəzolunmaz lider Heydər Əliyevlə birgə hakimiyyətə gəldi.

Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizə yüksəliş, millətimizə ucalıq, xalqımıza firavan yaşamaq haqqı bəxş etdi.

Respublikamıza rəhbərlik missiyasını öz üzərinə götürən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan partiyasına sədrlik etməsi bu siyasi təşkilatı keyfiyyət və kəmiyyət baxımından daha da inkişaf etdirdi. Yaradıcısı, təşkilatçısı və qurucusu Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası sınaqlardan şərəflə çıxdı, vətəndaş cəmiyyətinin qurulmasında, sosial-iqtisadi inkişafda, ölkənin müdafiə qüdrətinin artırılmasında, milli-mənəvi dəyərlərin zənginləşdirilməsində, qanunçuluğun bərpası və qorunmasında, ölkənin potensialının insan kapitalına çevrilməsində əhəmiyyətli rol oynadı.

Bu gün partiyanın hər bir üzvü sevinclidir. Artıq ötən ildən partiyanın yaradılmasının ildönümünü Zəfər ab-havası ilə qeyd edirik. Məhz uğurlarımız, dövlət başçısı, Müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi bizə bu Qələbə sevincini yaşatdı. Bu baxımdan əvvəlki ildönümlərindən fərqli olaraq bu il partiyanın yaradılması tarixini tamamilə başqa ovqatda qeyd edirik.

Bu gün  hansı sahəyə diqqət yetirsək zəfərimizin nəticələrini görürük. Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyev proqram xarakterli nitqində müstəqillik tariximizi təhlil edərək ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırdı. Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm bünövrə üzərində Azərbaycan son 17 ildə daha da inkişaf edərək 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərə imza atdı. Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı və postmüharibə dövrü üçün görüləcək işlər üçün təməl rolunu oynadı. Cənab İlham Əliyevin  «Bizim yarışacağımız əsas tərəf müqabili zamandır» söyləməsi də səbəbsiz deyil.  Çünki işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur.

sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir.

YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.

Göründüyü kimi, Azərbaycanın müstəqilliyini bərpa etdiyi 30 ilin 29 ilinə bələdçilik edən Yeni Azərbaycan Partiyası bütün sahələrdə inkişafa dəstək olmağa səy göstərir. Ölkədə keçirilən seçki poseslərinə daim yeni devizlərlə qatılan YAP gördüyü işlər fonunda qarşıdakı dövr üçün möhtəşəm hədəfləri açıqlayaraq seçkidən seçkiyə onları tam şəkildə həyata keçirməyə səy göstərir. Məqsəd vətəndaş məmnunluğunun artırılmasına dəstək olmaqdır.

Sevil Əhmədova,         

YAP İsmayıllı rayon təşkilatı sədri vəzifəsinin müvəqqəti icraçısı

 

 

 

 

Şərh Yaz