Şəhid Ramil Musayevin medalı ailəsinə təqdim edilib                     

Vətən müharibəsində qəhrəmanlıq  göstərərək şəhidlik zirvəsinə ucalmış kiçik gizir Ramil Musayevin məzarı ziyarət olunduqdan sonra “Cəbrayılın azad olunmasına görə” medalı ailəsinə təqdim edilib.

Təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri iştirak ediblər.

Rayon rəhbəri 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini vurğulayaraq, bu möhtəşəm Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini bildirib.
Xatırladaq ki , Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ramil Musayev “Qarabağ” ordeni , “Vətən uğrunda” medalı , “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Şərh Yaz