Yaddas kitabcasi

Qəsəbədə “Bələdiyyə turizmi” yaradılıb                                       

Lahıc qəsəbəsində “Bələdiyyə turizmi” xidməti yaradılıb. Bununla bağlı qəsəbədə tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, qəsəbə sakinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Burda turistlərin rahatlığı üçün tikilmiş 3 ədəd kotecin açılışı olub.

Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə çıxış edən rayon rəhbəri İsmayıllı rayonunun turizm potensialının geniş olduğunu bildirib, həmçinin o, qeyd edib ki, Lahıc qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həm də sənətkarlığı və adət-ənənələri ilə də məşhurdur. Son illər qəsəbəyə gələn turistlərin sayında artım müşahidə olunur. Turizmin daha da inkişaf etdirilməsi üçün həmçinin onların maraqlarının təmin olunması istiqamətində daha geniş işlər aparıldığını vurğulayıb. Tədbirdə vurğulanıb ki, İsmayıllı rayonunda və eləcə də, turizm potensialı yüksək olan kəndlərdə, qəsəbələrdə “Kənd turizmi” inkişaf etdiriləcəkdir.

Qəsəbə sakinləri ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevə və layihənin Lahıcda həyata keçirilməsində rolu olan hər bir kəsə dərin minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildiririk ki, görülən işlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Lahıc bələdiyyəsi tərəfindən həyata keçirilib. Layihənin davamı olaraq tikilən koteclərin ətrafında turistlərin vaxtlarının səmərəli və maraqlı keçməsi üçün əlavə işlər görüləcək.

 

 

Şərh Yaz