Yay tətili günlərində                              

Şəki xan sarayında olarkən tarix müəllimimin dediklərinin əyani şahidi oldum. Şəki xanının iş otağı, istirahət otağı diqqətimi daha çox cəlb etdi. Bu tarixi bina bir daha sübut edir ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malik olan yaşayış məntəqəsi olub. Bakıda Şirvanşahlar sarayının, Şəki xan sarayının, Şuşada, Bərdədə, Şamaxıda xanlıqların, yəni ayrı-ayrı dövlətlərin fəaliyyəti Azərbaycanda qədim dövlətlərin, qədim yaşayış məntəqələrinin olduğunu bir daha sübut edir.

Mən ailəmizlə birlikdə, xüsusilə, Yaşar babamla Qaxda, Şəkidə, Oğuzda, Qəbələdə olmuşam. Rayonumuzun qədim yaşayış məskəni Lahıc qəsəbəsində olarkən sənətkarlıq nümunələri ilə, xüsusilə dəmirçilərin, misgərlərin, xalçaçıların işi ilə tanış oldum. Respublikamızın hər bir guşəsində qədim tarixi abidələr, təbiətin əsrarəngiz gözəllikləri yerli və xarici turistləri özünə cəlb edir.

Yay tətili günlərində olduğum yerlərdəki gördüyüm tarixi abidələr barədə tarix müəllimimiz Fatma müəllimə və sinif yoldaşlarıma danışacam.

Mən sevinirəm ki, Azərbaycan kimi qədim tarixə malik zəngin təbiəti, yeraltı və yerüsü sərvətləri olan bir ölkədə yaşayıram.

Emin Nuriyev,

A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin VI sinif şagirdi

Şərh Yaz