“Mələklərin soyqırımı” adlı poema iki dildə çap olunub                         

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” adlı əsəri Azərbaycan və Özbək dilində işıq üzü görüb.

Poemada “Ulu mədəniyyət  beşiyi”, “Xocalıya aparan yol”, “Azərbaycanlı və erməni ananın tərbiyəsi”, “Qiyamətin başlanğıcı”, “Təpəgözün doğulması”, “Məhşər: 26  fevral 1992”, “Öz soyunu lənətləyən  əsgər”, “Babəkin ikinci edamı”, “Sızıldayan qar topası”, “Ailə rekviyemi”, “Zəncirlənmiş uşaq”, “Xocalı  səmasında ruhların söhbəti”, “İlahiyə  kitab”, “İblisin kitabı”, “Gülüstan torpağını qan yudu”, “Bütün  qohumlarını itirmiş Xocalı sakinini elegiyası”, “Zamanın çağırışı”, “Birlik himni”, “Xocalıya and  içirəm” adlı hissələrdə tarixən Azərbaycan, Türk millətinə qarşı ermənilərin nifrət aşılaması, tarixi Azərbaycan torpaqlarına iddiaları, təcavüz, şəhər və kəndlərimizin, mədəni, dini abidələrimizin barbarcasına dağıdılması, məhv edilməsi, 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin erməni təcavüzkarları tərəfindən yer üzündən silinməsi, Xocalıda məsum dinc sakinlərin, uşaqların, qocaların, qadınların xüsusi amansızlıqla məhv edilməsi öz əksini tapmışdır.

Əsərdə Xocalı soyqırımının bütün dəhşətləri, erməni millətçiləri tərəfindən insanlığa qarşı həyata keçirilən qətliam kimi təqdim olunur, soyqırımın iştirakçıları, əlləri Azərbaycan xalqının qanına batan Xocalı canilərinin obrazı yaradılmış, bu soyqırımın bütöv bir insanlığa qarşı cinayət olduğu qeyd olunur.

Qeyd edək ki, “Mələklərin soyqırımı” adlı poema Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən elan olunan “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” layihəsi çərçivəsində elan olunan “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsinə təqdim edilmiş və əsər müsabiqənin qalibi seçilərək xüsusi mükafata layiq görülmüşdür.

Poema Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə özbək dilinə tərcümə edilərək ikidilli nəşr kimi çap olunmuşdur. Poemanı Özbək dilinə tərcüməçi Raxmat Babacan çevirmişdir.

Bir il müddətində yazılmış əsər tamamlanan ay (may, 2020-ci il) müəllif Oqtay İsmayıllı dünyadan köçmüşdür.

Poemaya “Ön söz” yazan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Mələklərin soyqırım”ı adlı bu poemanı erməni işğalı, xalqımıza qarşı tarixən törədilmiş qanlı qətliamları, soyqırımları unutmamaq, ədəbiyyatın, poeziyanın dili ilə insanlarımıza, dünyaya çatdırmaq üçün gözəl bir əsər kimi dəyərləndirir.

S.Abbasov müəllif O.İsmayıllının Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda apardığı 44 günlük Vətən müharibəsini, əldə etdiyimiz qələbəni, Xocalıda əlləri o, məsum insanlarımızın qanlarına batan, onları xüsusi amansızlıqla qətlə yetirən erməni cəlladlarının, işğalçı Ermənistan ordusunun öz cəzasına çatmasını, darmadağın edilərək torpaqlarımızdan qovulmasını görməməsini təəssüflə qeyd edərək, Xocalı soyqırımı haqqında poema yaradan, onu dünyaya çatdıran və bu əsərlə ölməzlik qazanan Oqtay İsmayıllının ruhunun şad olduğunu qeyd edib.

O, “Mələklərin soyqırımı” adlı poemanın Azərbaycanda, Özbəkistanda, başqa ölkələrdə yüksək səviyyədə qarşılanacağına inandığını bildirib.

O, müəllifin arzusu olaraq nəşrin gələcəkdə işğaldan azad olunmuş Qarabağda təqdimatının keçiriləcəyini bildirib.

Məlumat üçün qeyd edək ki, sözügedən kitabın ön sözünü  Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir ABBASOV yazıb. Müəllif və kitab haqqında maraqlı informasiyaların yer aldığı “Mələk xislətli insan” sərlövhəli ön sözü də oxucuların diqqətinə çatdırırıq.

 

Mələk xislətli insan…

 

Mən, Oqtay müəllimi ilk dəfə onun yaradıcılığı, yaratdığı əsər ilə tanıdım. Belə ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2019-cu ildə “Nəsimi ili” münasibətilə özbək və Azərbaycan şairləri arasında şeir müsabiqəsi elan etmişdik. Hər iki ölkənin ədəbiyyatşünasları, şeir və qələm ustadlarından ibarət müsabiqə komissiyasının ünvanına hər gün onlarla poeziya nümunələri daxil olurdu. Bunların içərisindən bütün komissiya üzvləri də daxil olmaqla şəxsən mənim də diqqətimi böyük Azərbaycan şairi İmadəddin Nəsimi yaradıcılığını xüsusi heyranlıqla özündə əks etdirən “Oqtay İsmayıllı” imzalı bu şeir cəlb etdi. Bu şeirlə ilk tanışlığımdan sonra Oqtay İsmayıllı yaradıcılığı ilə daha da yaxından tanış olmağa başladım. Özünü Nəsimi şagirdi adlandıran Oqtay İsmayıllı şeirləri həqiqətən də Nəsimi poetikasından, Nəsimi irfanından, Nəsimi şeriyyətinin əsrarəngiz çalarlarından, Nəsimi şeriyyətinin pünhanından öz nəsibini almışdı….

Oqtay İsmayıllının müsabiqəyə təqdim etdiyi şeir münsiflərin yekdil qərarı ilə birinci yerə layiq görüldü və biz Oqtay müəllimi həmin il Özbəkistan Elmlər Akademiyası ilə birgə, tərəfimizdən təşkil olunmuş beynəlxalq Nəsimi konfransına dəvət etdik. Konfrans öncəsi müsabiqə iştirakçılarının mükafatlandırılması, onlara müsabiqə diplomlarının verilməsi ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil etdiyimiz tədbirdə Oqtay müəllimlə ilk görüşümüz oldu. Sadə, təvazökar, saf bir insan olan Oqtay müəllim elə ilk görüşdə məndə böyük müsbət təəssürat yaratdı…

Vətənə qayıtdıqdan sonra da mən mütəmadi olaraq Oqtay müəllimlə əlaqə saxlayırdım. Aramızda səmimi bir dostluq münasibəti yarandı. Əlamətdar günlərdə, bayramlarda yazışır, xoş arzu və niyyətlərimizi bir-birimizə çatdırırdıq. Doğrusu mənə əsas maraqlı gələn bu cür istedadlı və ziyalı insanın necə səmimi və təvazökar olması idi. Yazışmalarımızın əsas mövzusu isə çox vaxt Vətən, xalq, işğal olunmuş torpaqlarımız və tarix boyu düşmənlərimiz tərəfindən başımıza gətirilən müsibətlər, faciələr olurdu. Bu mövzular hər bir Azərbaycan övladı kimi mənim də ürəyimin ən yaralı yeri olduğu üçün Oqtay müəllimdən daha çox bu mövzuları ehtiva edən əsərlər ortaya qoymağı xahiş edirdim. Çünki onun yaradıcılığı ilə tanış olarkən bu mövzularda qələmə aldığı onlarla şeirə rast gəlmişdim. Bu səpkidən olan söhbətlərimizin bir əsnasında Oqtay müəllimdən Xocalı soyqırımına aid bir poema qələmə almağı xahiş etdim və təklif etdim ki, bu poemanı iki dildə, özbək dilinə də tərcümə etdirib nəşr edərik. Xocalı soyqırımına aid həm Azərbaycanda, həm də dünyada çox tədbirlər, aksiyalar keçirdik və bugün də bu iş uğurla davam edir. Amma bu soyqırımın dəhşətlərini özündə əks etdirən əsər, poema, bədii filmin daha təsirli olaraq hədəflərə çatacağına nədənsə içimdə  çox böyük ümid var.

Lakin ilk olaraq Oqtay müəllim mənim təklifimi qəbul etməyərək belə bir ağır, məsuliyyətli əsərin yaradılmasının onun üçün çətin olacağını, özündə güc tapacağına şübhəsi olduğunu söylədi və mənə yazdı (burada bir şeyi də qeyd etmək istəyirəm ki, Oqtay müəllimlə olan bütün yazışmaları mən hələ də qoruyub saxlayıram):

“Ey işıq dolu insan… Allah Sizi qorusun! Var olun, dəstək təklifinizə görə. Bundan yuxarı şərəf olmazdı ki, mənə qazandırdınız və mənə bu cür etimad göstərərək belə vacib və müqəddəs mövzuda əsər yaratmağımı istədiniz! Qarabağla bağlı bir sıra yazılarım var. Amma Siz deyən mövzuda əsər yaratmaq haqqında bir neçə dəfə düşünsəm də, az qala infarkt olmuşam. Dərhal dəhşətə gəlirəm. Bilmirəm, bu əsəri yaratmaqda özümdə güc tapa bilərəmmi..?”

Mən isə Oqtay müəllimin şairlik istedadına, sadə bir kənd müəlliminin nə qədər böyük, duyğu yüklü bir ürəyə sahib olduğuna inanırdım və içimdən bir hiss mənə təlqin edirdi ki, bir az da israr etsəm, Oqtay müəllimi razı sala biləcəm və bununla da Azərbaycanın Xocalı qəsəbəsində erməni vandalları tərəfindən min bir işgəncə ilə qətlə yetirilən o məsum insanların, günahsız uşaqlarımızın ruhları qarşısında az da olsa rahatlıq tapa biləcəyik.

Buna görə də Oqtay müəllimə belə bir cümlə yazdım: “Hörmətli Oqtay müəllim, məncə bu əsəri yaratmaqla Siz o qanlı qətliamda qurtuluş və dəstək uman və bundan məhrum olan o, məsum körpələrimizin, insanlarımızın ruhunu şad edəcəksiniz. O faciə gecəsi Xocalıdan qaçıb canını o vəhşi, qana susamış  düşməndən qurtarmağa çalışan dinc insanların başlarına gətirilmiş min bir dəhşəti, körpələrin, qocaların, amansızlıqla öldürülməsini, əsir düşən analarımızın, bacılarımızın fəryadını, göz yaşlarını, Zəngilandan erməni işğalçılarından qurtulmaq üçün körpəsini belinə sarıyan və özünü Araz çayına vuran, o biri sahilə çıxarkən isə çayın dəli sularının onun yavrusunu özü də hiss etmədən aparmasını, bütün bu ağrıları, məşəqqətləri dünyaya kim çatdırmalıdır? Əlbəttə ki, bizlər. Birimiz məmur olaraq, birimiz diplomat olaraq, kimimiz şair, kimimiz jurnalist, kimimiz isə o cəhənnəmi yaşayan canlı şahid olaraq…

Və bu yazımdan sonra Oqtay müəllimdən bir gün belə bir cavab aldım: “Əzizimiz Samir müəllim! Sizin “Xocalı” mövzusunda təklif etdiyiniz yazı haqqında çox düşündüm və qərara gəldim ki, bunu ancaq panoram poema kimi yazmaq olar. Artıq işə başladım. Hələlik ən azı 40-50 parça və mənzum hekayə kimi planlaşdırdığım bu yazı həyatımın, bütün bacarığımın və mənə Allah lütfünün yekunu olacaq. Belə yazını bir neçə aya ortaya çıxarmaq mümkün deyil. Qalan ömrüm boyu bu əsərin üzərində işləyəcəyəm. Əsəri bütövlükdə, yəni düşündüyüm şəkildə təqdim etmək ən azı bir ilin işi olacaq. Amma əvvələ, orta hissələrə, sona aid yazdığım bəzi parçaları Sizə yeni ilin əvvəlində göndərəcəyəm. İstəmirəm ki, Sizin uğurlarla dolu olan bu ilinizə kədər kölgəsi salam!

Mən ömrümə sonunda indiyədək toxunmağa qorxduğum, məni həmişə dəhşətə gətirən bu yazı ilə vurmaq qərarına gəldim. Sizin hər bir qeydiniz, təklifiniz mənə kömək olacaq. Sizi Həmrəylik Günümüz və Yeni il münasibətilə ürəkdən təbrik edir və zirvələrə doğru hər gün bir addım atmağınızı arzu edirəm! Siz var olduğunuz üçün mən var oldum. Sizinlə bağlı  fikirlərimi Şahməmmədlə müsahibəmdə xarakterizə etmişəm (“İsmayıllı xəbərləri” adlı rayon qəzetində dərc olundu və “Xəzan” jurnalında da verilməlidir). Adi kənd müəlliminin bundan artığına gücü çatmaz. Amma çox xahiş edirəm ki, bu minnətdarlıq göndərəcəyim ilk yazılara aid fikrinizin obyektivliyinə heç bir təsir göstərməsin. Sizin əqidə qardaşınız Oqtay İsmayıllı. 28 dekabr 2019-cu il”. Nə böyük təvazökarlıq…

Xocalı soyqırımını bizim xalqın şüurunda, yaddaşında necə dərin bir iz buraxdığını hər ikimiz çox yaxşı dərk edirdik və hər ikimizin də ürəyi bu soyqırımın ağrısına, acısına çox çətinliklə tab gətirirdi. Amma deyəsən Oqtay müəllimin ürəyi tab gətirmədi…

Əsəri yazarkən Oqtay müəllim dəfələrlə mənimlə danışanda qəlbində qorxu və həyəcan olduğunu söyləyir, birdən ömür vəfa etməz və o, bu əsəri tamamlaya bilməməsindən narahatçılığını bildirirdi. Ürəyimə dammışdı ki, bu əsərlə bir tarix yazılır və biz də bu acı tarixin bir hissəsi olacağıq.

Oqtay müəllim sözünün üstündə durdu, bu poemanı bitirib bizə təqdim etdi. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən elan olunan “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” layihəsi çərçivəsində təşkil olunan “Hər anımız Vətən desin!” şeir müsabiqəsinə bu poemanı təqdim etdik.

O şahiddir bəndərin yer ülişinə,

İnsanın ilk kərinə, sevincinə, gülüşü,

İlk körpənin doğulduğu nurlu gü.

skənidir əkinçinin, sətkarın, ilk şairin,

Qafqaz onun dili ilə danışıbdır şirin-şirin.

Azərbaycan adicə bir məkan deyil, 

            elm, sət beşiyidir,

            əxlaq, hikmət beşiyidir.

Tarixlərin damarında axan qandır,

Minillərin idrak, bilik qından yük gön,

dirbilən insanlığa pay gətirən bir karvandır.

nyamın bənində Azərbaycan ruh kimidir,

Sonzuz zaman dənizində üb gedən bir gəmidir.

nnətin bir parçasır, bağışlayıb Allah Yerə.

Milyon illər bundan əvvəl

Azıx açıb qucağı Qafqazda ilk nəsillə.

Azərbaycan ən aşkar bir həqiqətdir, deyildir sirr,

İki qitə arasında yandılmış

            məniyyət məşəlidir.

Sonrakı mərhələdə isə müsabiqədə yer tutan və xüsusi seçilən özbək və azərbaycanca olan şeirləri “Qarabağ Azərbaycandır!” adlı şeir toplusunda çap etməyi də planlaşdırmışdıq.

Təbii olaraq Oqtay İsmayıllının müsabiqəyə təqdim olunan “Mələklərin soyqırımı” adlı poeması münsiflər heyəti tərəfindən yekdilliklə yüksək qiymətləndirildi və birinci yerə layiq görüldü. Poemanın həcmcə geniş olduğunu nəzərə alaraq onu ayrıca özbək dilinə tərcümə edərək nəşr olunma ideyası yarandıqdan sonra bu gün əlinizdə olan bu kitab ərsəyə gəldi.

lbi dünya kimi açıq, gen idin,

ümidlə nikbin, şən idin.

Ən göl şərin biri sən idin,

Çevrildin bir dağq daşa, Xocalı!

 

ninlə edildi dünyamız viran,

Öndən bökdür qaysaqsız yaran.

Yadda sənsən ancaq hər saat, hər an,

Az qalır ağz ça, Xocalı!

 

Bu gün and içirəm saf vicdanımla:

bir can verib bax bu canımla,

n dirildəm səni qanımla,

Son söm olacaq: “Yaşa, Xocalı!”.

 Amma təəssüf ki, bütün bunları Oqtay müəllim görmədi, onun Vətən, xalq, millət eşqi ilə döyünən ürəyi ötən ilin may ayında qəflətən durdu… Mələk üzlü, mələk xislətli insan “Mələklərin soyqırım” poemasını bizə ərməğan edib bu dünyadan köçdü… Sanki Oqtay müəllim bu əsəri gözləyirmiş kimi, əsər tamamlanandan az sonra əbədi olaraq bu dünyaya gözlərini yumdu.

Sə qarşı durmağa bir ordunun yox həddi,

Marş, ayağın altında sınsın düşnin qəddi!

Alver mövzusu deyil Azərbaycan sərhədi.

Vaxt yetişdi, düş tut tarixi divanı,

Tanrı ö veribdir sənin xeyir-duanı!

 

Əsdir zəlzə kimi cəbhə boyu torpağı,

nnəmdən gəlsin qoy iblislərin sorağı.

Yansın sənin əlinlə Qarabağın çırağı.

Atəş, atəş, atəşz-yüz vulkan zəhminlə,

Yar düşn üyini cənnəmin vəhminlə!

O, Azərbaycan Ordusunun işğal olunmuş ana torpaqlarımızın azadlığı uğrunda apardığı 44 günlük Vətən müharibəsini, əldə etdiyimiz qələbəni, Xocalıda o məsum insanlarımıza işgəncə verən, onları xüsusi amansızlıqla qətlə yetirən erməni cəlladlarının, işğalçı Ermənistan ordusunun necə cəzalarına çatmalarını, darmadağın edilərək torpaqlarımızdan qovulmasını görmədi. Amma indi Xocalı soyqırımı haqqında poema yaradan, onu dünyaya çatdıran və bu əsərlə ölməzlik qazanan “sonuncu Nəsimi şagirdi” – Oqtay İsmayıllının əziz ruhu şaddır.

İnanıram ki, “Mələklərin soyqırım”ı adlı bu poema erməni işğalı, xalqımıza qarşı tarixən törədilmiş qanlı qətliamları, soyqırımları unutmamaq, ədəbiyyatın, poeziyanın dili ilə insanlarımıza, dünyaya çatdırmaq üçün əvəzsiz bir əsər kimi Azərbaycanda, Özbəkistanda və başqa ölkələrdə yüksək qarşılanacaqdır.

Samir ABBASOV,

Özbəkistandakı Heydər Əliyev adına

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru 

Daşkənd şəhəri, 25 fevral 2021-ci il

Şərh Yaz