Yaddas kitabcasi

İsmayıllıda kafe və avtobuslara kitab rəfləri yerləşdirilib

İnsanların vaxtlarının çox hissəsini sosial şəbəkələrdə, internet klublarda keçirdiyi bir vaxtda onları kitab oxumağa yönləndirmək məqsədi ilə “Kitablar hər yerdə” adlı yeni layihəyə start verilib.
Bu məqsədlə gənclər oxumuş olduqları kitablar və rayonda çıxan “İsmayıllı xəbərləri” qəzeti ilə təchiz  edilən kitab rəfləri hazırlayıblar.
Rəflər rayon mərkəzində gənclərin və müxtəlif yaş kateqoriyasında olan insanların mütəmadi olaraq istifadə etdiyi kafe və çay evlərinə, eləcə də rayon mərkəzindən 25 km. və daha artıq məsafədə yerləşən yaşayış məntəqələrinə gedən avtobuslara yerləşdirilib.
Bununla da layihə təkcə rayon mərkəzində deyil, 20-dən çox kənd və qəsəbədə yaşayan 32 mindən çox insanı əhatə etmiş olur.

Qeyd edək ki, layihə davamlı şəkildə icra olunacaq və digər kafe və marşrut xətlərini də əhatə edəcəkdir.

Əziz gənclər, siz də oxumuş olduğunuz kitabları İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinə təqdim edərək layihəyə dəstək ola bilərsiniz.

Səadət Rəhimova

Şərh Yaz