COVID-19-dan qorunmaq üçün nə etməli?  

                          

Qlobal dünyada, XX əsrin sonları, XXI əsrin əvvəllərində elmin bütün sahələrində təsəvvüredilməz dərəcədə böyük yenilik və dəyişikliklərin baş verdiyi göz qabağındadır. O cümlədən təbabətin inkişafında həssas diaqnostik aparat, analiz üsulları və müalicə metodları ixtira olunmuşdur.

2003-cü ildən sonra bütün dünyanı təlatümə gətirən koronavirus infeksiyası bəşəriyyətlə qarşı qarşıya durmuşdur (koronavirus mikroskop altında tac şəkilli, çıxıntılı görünüşünə görə belə adlandırılır). Koronavirusun əlamətləri insanlar arasında soyuqdəymə zamanı müşahidə olunan əlamətlərlə eynilik təşkil edir.

XXI əsrin ilk beynəlxalq tibbi fövqəladə vəziyyəti 2003-cü ildə əvvəllər məlum olmayan bir virus şəklində meydana çıxaraq minlərlə insanın həyatını itirməsinə səbəb olmuşdur.

Təxminən 10 il sonra koronavirus fəsiləsindən əvvəllər insan və heyvanlarda varlığı təyin edilməmiş MERS – COV- 2012-ci ilin sentyabrında ilk dəfə insanlarda Səuduyyə Ərəbistanında aşkarlanmışdır.

31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çin ölkə ofisi Çinin Hubey

əyalətinin Uhan şəhərində etiologiyası (yaranma səbəbi) naməlum olan pnevmaniya ilə xəstələnmə halları haqqında məlumat verilmişdir.

7 yanvar 2020-ci ildə isə bu fakt daha əvvəllər insanlar arasında rast gəlinməmiş yeni bir koronavirus (2019 Novel Coronovirus COVID – 19) olaraq təsdiqlənmişdir.

Koronaviruslar adi soyuqdəymə əlamətlərindən və şiddətli, kəskin respirator sindrom kimi daha ciddi patalogiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. Bunları bilmək lazımdır ki, koronaviruslar zoonoz infeksiya kimi heyvanlardan yoluxaraq, insanlarda xəstəlik törədə bilər. Əfsuslar olsun ki, insanlar arasında bu virusa qarşı inamsızlıq var. Belə ki, hökumətimizin, fədakar tibb işçilərimizin, asayişimizi qoruyan polis işçilərinin böyük səyi nəticəsində ölkəmizdə başqa ölkələrlə nisbətdə az xəstələnmə və az ölüm olmuşdur. Bunlardan başqa, pandemiya zamanı hansısa mütəfəkkirin  məsləhət bildiyi “EVDƏ QAL” ideyası da çox əhəmiyyətli olmuşdur. İnsanlar bu çağırışa əməl etdikdə virus infeksiyasından əlaqə zənciri munimuma enir, xəstələnmə sayı azalır. Bu anlaşılandır ki, qapalı şərait insanları xarici təsirlərdən – istidən, soyuqdan, küləkdən, qardan, borandan qorunduğu kimi, dəhşətli virus infeksiyasından da qoruya bilər və qoruyur da.

Cəmiyyətdə hər bir fərdin tutduğu mövqe, iş və xidmət sahəsi vardır. Bu işlər insanın özünə və cəmiyyətə lazımdır. Deməli hamı bir nəfər kimi evdə qala bilmir və bu zəruri faktdır.

Belə olduqda cəmiyyətdə öz xidmət borclarını yerinə yetirən insanlar virus infeksiyasından necə qorunmalıdır?

Kütləvi informasiya vasitələri bununla əlaqəli müntəzəm məlimat və xəbərdarlıqları diqqətə çatdırır.

Uzun illərin təcrübəsini qazanmış bir həkim olaraq mən də soydaşlarımıza aşağıdakı məsələlərə əməl etməyi tövsiyə edərdim:

  • Tibbi maskalardan istifadə edin. Onları vaxtlı-vaxtında dəyişin. İşlənmiş maskaları qapalı zibil qutusuna atın;
  • Əllərinizi 20 saniyə ərzində duru sabunla yuyun. Mütəmadi olaraq spirt tərkibli dezinfeksiya məhlulu ilə dezinfeksiya edin;
  • Həmsöhbətlə aranızda ən azı 2 metr məsafə saxlayın;
  •  Asqıran zaman ağız və burnunuzu salfet, yaxud qolunuzla tutun;
  • Özünüzdə xəstəlik əlaməti hiss etdikdə dərhal həkimə müraciət edin;
  • Sahə həkiminin, ailə və polilinika həkiminin məsləhət və tövsiyələrinə əməl edin. Xəstələrin ən yaxın dostları həkimlərdir;
  • Bütün qapalı yerlərdə mütləq maskalardan istifadə edin.

Koronavirus infeksiyası meydana çıxana qədər planetimizdə bir sıra ağır infeksion epidemiya, pandemiyalar –  vəba, taun, qara yara, çiçək, difteriya, vərəm, qrip, qarın yatalağı, malyariya və s. olmuşdur.

Bu xəstəliklər zamanı insanların böyük tələfatlar verməsinə baxmayaraq, hələ XVII-XVIII  və XIX-XX əsrlərdə, elmin, təbabətin inkişaf səviyyəsinin xeyli aşağı olduğu halda fədakar alim və həkimlər tərəfindən həmin xəstəliklərin müalicəsi tapılmış, peyvəndləri kəşf olunmuşdur. Amma çoxdan mövcud olmasına baxmayaraq, koronavirusa qarşı peyvənd və birmənalı müalicə üsulu hələ də əldə olunmamışdır. Əlbəttə, bu sahədə axtarışlar aparılmaqdadır.

Yarım əsrdən artıq həkimlik təcrübəm var. Bu müddəti fasiləsiz olaraq xəstəxanada çalışmışam.

Bir qədər əvvəldə koronavirusla mübarizədə təklif olunan tədbirlər fikrimcə azlıq təşkil edir. Məncə, daha səmərəli, təsirli mübarizə və müalicə metodları tapmaq zərurəti yaranmışdır.

Bildiyimiz kimi, xəstəliyin qarşısını almaq üçün ekoloji sistemdə lazımi tədbirlər görmək lazımdır. Ekoloji tədbir dedikdə yer üzündə təbiətin ekaloji durumu nəzərdə tutulmur. Atmosferin ekoloji prosesi nəzərdə tutulur ki, virusların yaranması məhz atmosferdə əmələ gəlir. Bu fikrimə görə əvvəlcədən böyük zəka sahiblərindən üzr istəyirəm.

Planetimizin qoruyucu ozon qatı vardır ki, bu qat planetimizi kosmik, zərərli, yad şüalanmalardan qoruyur. Ozon qatından əlavə, elmi-texniki inkişafla əlaqədar olaraq yeni bir qat əmələ gəlmişdir. Bu qat televiziya, mobil rabitə vasitələri, internet əlaqələrinin yaratmış olduğu bir qatdır. İnsanlar müasir texnologiyalardan həddindən artıq istifadə edirlər.

Təsəvvür edək ki, yer üzündə  milyardlarla insan uzun illərdir ki televizorlardan, mobil telefonlardan istifadə edir. Təbiətdə heç nə izsiz ötmür. Yuxarıda qismən adını çəkdiyimiz aparat və qurğulardan çıxan şüalar toplanaraq xüsusi bir qat yaratmışdır. Koronavirusun yaranması üçün münbit məkan məhz yeni yaranmış bu süni qatdır.

Müasir insanların radiasiya yayan qurğu və aparatlardan hədsiz istifadəsi acınacaqlı mənzərə yaradır. Fikrimi izah etmək üçün adi bir hesablama aparaq. Planetimizdə 3-4 milyarda qədər möbil telefon istifadəçisi vardır. Bunlardan hər biri gün ədzində ən azı 10 dəfə telefondan istifadə edərsə, radiasiya dalğalarının yayılma miqdarını və bunun ekologiyaya təsirini hesablamaq o qədər də çətinlik yaratmır.

Adını çəkdiyim qurğulardan günlərlə, aylar və illərlə istifadə isə şüalanma qatının hansı dərəcədə artdığın sonsuzluq həddinə çatdırır.

Koronavirus tək zəncirli, müsbət polyarizasiyalı mürəkkəb quruluşlu RNT tərkibli virusdur. Koronaviruslar – koronavirudae fəsiləsinə aiddir. Onlar 4 əsas növdə təsnif edilir. Alfa, betta, qamma və delta koronaviruslardır. Bunlara insan, yarasa, donuz, pişik, köpək, gəmiricilər və ev quşlarında rast gəlmək mümkündür.

Virusları elm birdəfəlik bioloji substsnt kimi qəbul edib. Təbiətdə hər şey dəyişir. Ola bilsin ki, viruslar ikili xarakterdədir və həm bioloji, həm də fiziki xassəyə malikdirlər.

Fikir versək, görərik ki, koronavirusun yayılma aryeli inkişaf etmiş ölkələrdən başlamaqla bütün dünyanı bürümüşdür.

Diqqətə çatdırdığım fikirlər hələlik öz elmi təsdiqini tapmasa da, koronavirusun profilaktikası üçün mobil telefon, televiziya, internet əlaqələrindən məhdud dairədə, zəruri tələb olduğu hallarda istifadə etmək lazımdır.

Bəşəriyyətə, xüsusilə də ölkəmizin vətəndaşlarına, doğma insanlara üzümü tutub deyirəm: İnternet və telefon bağlantılarından lüzümsüz yerə istifadədən çəkinin. Bu bizim koronavirusa yoluxma təhlükəmizi minumuma endirə bilər.

Ümidvaram ki, fikirlərim çoxları üçün maraqlı olacaq və mobil televonlardan oyunlar, uzun-uzadı, yersiz danışıqlar üçün istifadə edənlər tərəfindən müsbət qarşılanacaqdır.

Allah sizı qorusun! Sağlamlığınıza biganə qalmayın!

Şahmurad  Şirəliyev,

Respublikanın Əməkdar həkimi, ali dərəcəli terapevt

Şərh Yaz