Yaddas kitabcasi

Su təminatı gücləndirilib

                      

İsmayıllının Qoşakənd kəndində əhalinin, xüsusilə də burada məskunlaşmış məcburi köçkünlərin su təminatı yaxşılaşdırılıb.

Subartezian quyusundan çıxarılan su boru xətti çəkilməklə paylayıcı şəbəkəyə axıdılır. Quyunun su nasosunu elektrik enerjisi ilə təmin edən  transformatorun yenilənməsi və daha güclü mühərrikin quraşdırılması da nəzərdə tutulur.

Şəbəkəyə II Yeniyol kəndindən gələn əsas xətdə təmir işləri aparılıb, su itkilərinin qarşısı alınıb.

Həmçinin, təsərrüfatda suya olan təlabatın daha yaxşı ödənilməsi məqsədilə kənddən keçən arxda bənd qurulub.

“İsmayıllı xəbərləri”

Şərh Yaz