İsmayıllıda buraxılış imtahanlarına hazırlıq görülüb 

 

İsmayıllıda buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılır. Dövlət İmtahan Mərkəzi tərəfindən IX və XI siniflər üçün təşkil edilən imtahanlar şəhərin 1,2,5 və 7 nömrəli tam orta, həmçinin 3 nömrəli məktəb-liseyində keçiriləcək.

Təhsil müəssisələrinin foye, dəhliz, imtahan zalları və sanitar qovşaqlarında təmir işləri görülür, yaxın günlərdə yekunlaşdırılacağı nəzərdə tutulur. Şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı  yerlərdə  2 metrlik ara məsafəsinin nişanları çəkilib.

İmtahanlara hazırlıq tədbirləri İsmayıllı Rayon İcra Hakimiyyətinin nəzarəti ilə karantin qaydalarına uyğun aparılır. Apteklərdə tibbi maskaların satışının tam təmin olunması barədə göstəriş verilib. Maskadan istifadə etməyənlər imtahana buraxılmayacaq.

Şərh Yaz