İqtidar-xalq vəhdəti daha da möhkəmlənir.

Əməkdar elm xadimi, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir: Möhtərəm cənab Prezident! Hər bir azərbaycanlının Sizinlə daha çox həmrəy olduğu bu günlərdə vətəndaşlarınıza qayğınızı hər addımda hiss edirik. Sizin ictimai həyatın bütün sahələrinə misilsiz diqqətiniz təməlini ulu öndər Heydər Əliyevin qoyduğu iqtidar-xalq vəhdətini daha da möhkəmləndirir. Biz yaşlı və təcrübəli iqtisadçı alimlər indiki dövrdə insanların sağlamlığı və təhlükəsizliyi, firavan yaşaması üçün gördüyünüz işlərin misilsiz səylər və çox böyük zəhmətlər hesabına ərsəyə gəldiyini yaxşı başa düşürük. Azərbaycan xalqını koronavirus bəlasından xilas etmək üçün atdığınız addımların necə dərindən əsaslandırıldığı da göz qabağındadır. Vaxtında görülmüş hazırlıq işləri və həyata keçirilən tədbirlərin səmərəliliyi hər kəs tərəfindən etiraf edilir. Möhtərəm cənab Prezident, bu gün gələcək naminə həyata keçirdiyiniz bütün tədbirlərə görə səmimi qəlbdən Sizə minnətdarlığımı bildirirəm! Xalqımızın xoşbəxtliyi və dövlətimizin inkişafı üçün gördüyünüz böyük işlərdə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müvəffəqiyyət, səadət və möhkəm cansağlığı arzulayıram! Dərin hörmətlə: Mirdaməd Sadıqov, İsmayıllı rayonu, Lahıc qəsəbəsi

Şərh Yaz