Şəhid məzarı ziyarət olundu

2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixləşdi.
Həmin döyüşlərdə rayonumuzun Maçaxı kəndində doğulub boya başa çatmış, Sumqayıt Dövlət Universitetinfə ali təhsil almış Mikayıl Yaqub oğlu Vahabzadə də şəhid olmuşdu. Mikayıl aprelin 9-da doğma kəndində dəfn olunmuşdu. O gündən şəhidin məzarı və ailəsi yurdsevər ismayıllılar üçün ziyarətgaha çevrilmişdir.
Üçrəngli bayrağımızı, Bətəni canından çox sevən, bu sevgi yolunda canından keçən Mukayılın haqqında kitab yazılmış, sənədli film çəkilmiş, çoxsayda məqalələr, şeirlələr həsr olunmuşdur. Ad günlərində, bayramlarda, Aprel döyüşlərinin ildönümü günlərində Mikayılın məzarı başında daim izdiham yaşanır.
Bu gün dünya qorxulu bir virusla döyüşür. Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə, rayonumuzda da pandemiyaya görə karantindir. Lakin buna baxmayaraq bu gün İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri karantin qaydalarına əməl etməklə yenə ailəsi ilə birlikdə Aprel şəhidimizin məzarını ziyarət etdilər, rayon rəhbərliyi adından ailıyə səbr, dözüm diləyib başsağlığı verdilər.
Çıxış edənlər bir daha vurğuladılar ki, Azərbaycan dövlətinin güclü ordusu vardır və şəhidlərimuzin qisası düşməndə, torpaqlarımız yağı əlində qalmayacaqdır.
Şəhidin məzarı üzərinə qərənfillər düzüldü, ruhuna dualar oxundu.
Lətifə Əliyeva,
Şəhid Mikayıl Vahabzadə haqqında yazılmış, “Şəhidliyə aparan sevgi” kitabının müəllifi

 

Şərh Yaz