Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş qol güləşi yarışı keçirilib
Rayon Gənclər və İdman İdarəsi Qol Güləşi Federasiyasının (QGF) İsmayıllı rayon nümayəndəliyi ilə birgə, Xocalı soyqırımı ilə əlaqədar yeniyetmə və gənclər arasında qol güləşi idman növü üzrə rayon birinciliyi keçirib.
Əvvəlcə faciə qurbanları bir dəqiqəlik sükut ilə yad edilib. QGF-nin rayon nümayəndəsi, məşqçi müəllim Vüsal Qəzənfərov iştirakçılara yarış barədə məlumat verib.
Fərqli çəki dərəcəsində I, II və III yerin qalibləri – ümumilikdə, 40 nəfər idmançı rayon Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə təltif olunub.
“İsmayıllı xəbərləri”