Komandamız üçüncü olub

Ağcabədi rayonunda “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqrımı qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi Respublika şahmat turniri keçirilib.

Turnirdə 36 rayon (şəhər) Uşaq-Gənclər İdman-Şahmat Məktəblərindən 300-ə yaxın şahmatçı iştirak edib.

Nəticədə 8 yaşlı oğlanlar arasinda idmançımız Ömər Manaflı birinci yerə, 12 yaşlı qızlar arasında isə Gülşən Allahverdiyeva üçüncü yerə çıxıb.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə medal sıralamasına əsasən I yeri Gəncə, II yeri Mingəçevir, III yeri isə İsmayıllı Usaq-Gənclər İdman-Şahmat Məktəbinin komandaları tutub.

Tural Haşımov

Şərh Yaz