Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

 

İsmayıllı rayonunun Diyallı kəndində yaşayıram. 2010-cu ildə yer sürüşməsi nəticəsində evimin qəzalı vəziyyətə düşməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınmışdı. 2019-cu ilin fevral ayının 6-da baş verən zəlzələdən sonra Sərəncamınız əsasında evi tikiləcək zərərçəkmişlər siyahısında adımın olmamasından çox narahat oldum. Sizə və Mehriban xanıma müraciət etdim. Tapşırığınızla aidiyyəti qurumlar vəziyyətlə maraqlandılar. Mənim üçün 2 otaqlı evin tikintisinə qərar verildi.

Diqqət və qayğınız nəticəsində həmkəndlilərim zəlzələdən sonra tikilən evlərdə xoşbəxt ömürlərini Sizlərə duaçı olmaqla yaşayırlar. Bu olduqca qürurvericidir. Bir neçə gün əvvəl isə evimin təməli qoyulub, tikinti işləri aparılır.

Cənab Prezident!

Sərhədsiz humanistliyinizə görə Sizə öz adımdan, ailəmin hər bir üzvü adından can sağlığı arzulayır, dərin minnətdarlığımı bildirirəm.

Uca Yaradan ailənizi qorusun! Ulu öndərin layiqli davamçısı, əziz və çox hörmətli Prezidentim, həmişə zirvədə olmağınızı arzu edirəm!

Dərin hörmət və ehtiramla:

İsmayılova Ulduz Musa qızı       

Şərh Yaz