Yaddas kitabcasi

İcbаri tibbi sığоrtа işində maarifləndirmə

2019–cu ilin avqust ayından etibarən “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi”  ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığın artırılması və maarifləndirmə işinin təşkili”  adlı layihəni həyata keçirir.

Layihənin icrasında icbаri tibbi sığоrtа – tibbi yardım almaq hüququ, icbari tibbi sığortanın mahiyyəti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və icbari tibbi sığorta sistemi subyektlərinin  statusu,  icbari tibbi sığorta proqramı əsasında vətəndaşlara göstərilən tibbi xidmətin şərtləri, növü və s. sahəsində məlumatlılığın artırılmasından və hüquqi maarifləndirilmənin aparılması başlıca məqsəddir.

27 avqust 2019-cu il tarixdə Uşaq kitabxanasında fərdi sahibkarların, tibb və sosial işçilərin, yerli QHT-lərin və icma nümayəndələrinin iştirakı ilə müzakirələr keçirilib. Rayon İcra Hakimiyyətinin  əməkdaşı Nəsimi Teymurov tədbiri açdıqdan sonra sözügedən ictimai birliyinin sədri Ülvi Əliyev çıxış edib,  layihə barəsində geniş məlumat verib.

Professor Mayis Əliyev layihənin hüquqşünası kimi  “İcbari tibbi sığorta: mövcud vəziyyət və prespektivlər” mövzusunda məruzə edib. O, tədbir iştirakçılarına 2020-ci ilin  yanvar ayının 1-dən  tətbiq ediləcək İcbari Tibbi Sığortanın mahiyyəti, subyektləri, əhəmiyyəti, bu sahədə xarici ölkələrdə formalaşmış təcrübə barəsində danışıb.

Müzakirədə çıxış edənlər bu istiqamətdə atılan addımların uğurlu olacağına ümidvarlıq ifadə edib, Azərbaycanda əhalinin icbаri tibbi sığоrtаya cəlb olunmasını dövlətinin reallaşdırdığı sosial islahatların tərkib hissəsi kimi dəyərləndiriblər. Maarifləndirici tədbirdə verilən suallar layihənin icraçıları tərəfindən cavablandırılıb.

Ş.Soltanov

Şərh Yaz