Nümayəndə günü keçirilib

2019-cu ilin 24 may tarixində növbəti “Nümayəndə günü” keçirilib. Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən tədbiri Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov açıb.

İclasın gündəliyi ilə tanışlıqdan sonra birinci məsələ –  2019-cu ilin taxıl yığımı və ot tədarükü mövsümündə yanğın hallarının baş verməməsi istiqamətində aparılacaq təhlükəsizlik tədbirləri barədə RİH başçısının 15 may 2019-cu il tarixli, 68 nömrəli sərəncamı İƏD üzrə nümayəndələr və bələdiyyə sədrlərinin diqqətinə çatdırılıb.

R.Səmədov sərəncamın icrasının vacibliyini qeyd edərək, qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq  tapşırıqlar verib.
Gündəlikdə duran ikinci məsələ ətrafında danışmaq üçün söz Azərsığorta Şirkəti İsmayıllı rayon filialının direktoru Zenfira Əhmədovaya  verilib.
Z.Əhmədova icbari sığortalar haqqında Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli qanununa əsasən fiziki və hüquqi şəxslərə məxsus Daşınmaz əmlak (yaşayış evləri, mənzillər və tikililər) icbari qaydada sığorta olunmalı və qanunda qeyd olunduğu kimi qanunun icrası yerli icra orqanlarına həvalə edildiyini bildirdi.

O, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun xüsusi bölməsini nəzərə çatdıraraq nümayəndəliklərin ərazisində əhalinin daşınmaz əmlakın yanğın, təbii fəlakət və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edildiyini bildirdi və əhali arasında maarifləndirmə işinin daha da artırılmasını tövsiyə edib.
Gündəlikdəki üçüncü məsələ 2019-cu ilin ikinci yarısı üçün abunə tapşırığının icrası ilə bağlı olub. İştirakçılara abunənin vaxtında aparılması ilə əlaqədar tövsiyə və tapşırıqlar verilib.

Sonda yığıncaq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Vüqar Muradəliyev

 

Şərh Yaz