Könüllülərin növbəti görüşü

İsmayıllı Rayon İcra Hakimiyyətində ərazidə könüllülük fəaliyyətinə müntəzəm qoşulan gənclərlə növbəti görüş keçirilib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, RİH başçısı aparatının baş məsləhətçisi – könüllülərlə iş üzrə koordinator Namiq Kərimov və 10 nəfər könüllü iştirak edib.

Çıxışlarda bildirilib ki, könüllülər arasında təcrübə mübadiləsinin aparılması, proqramlara uyğun olaraq görüləcək işlərin planlaşdırılması və nəticələrin təhlili çox faydalıdır.

Görüşdə könüllülərin son dövrdəki fəaliyyətləri, təklif və iş prinsipləri müzakirə olunub. Görüş zamanı gənclər tərəfindən müxtəlif layihələr təqdim olunub və bu layihələrin icrası ilə bağlı geniş müzakirələr aparılıb.

E.Qasımova,

könüllü

Şərh Yaz