Könüllülük fəaliyyəti özünütəsdiq meydanıdır

İsmayıllıdakı Heydər Əliyev Mərkəzi və Dövlət Humanitar Texnologiya Kollecində könüllülük fəaliyyətinə qoşulan gənclərlə görüşlər keçirilib.

Görüşlər ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il fevral ayının 1-də Azərbaycan Gənclər Gününə həsr olunmuş toplantıdakı çıxışında qarşıya qoyulan tapşırıqların geniş təşviq olunması məqsədi daşıyıb.
Görüş zamanı iştirakçı gənclərə könüllülük fəaliyyətinin əsas prinsipləri, mahiyyəti, səmərələliyi barəsində geniş məlumatlar verilib. Qeyd olunub ki, könüllülük fəaliyyəti həyata atılmaq, ictimaiyyətdə nüfuz qazanmaq, diqqətdə olmaq, özünütəsdiq üçün olduqca faydalı bir imkandır. Bu fəaliyyət həm də gənclik şövqü ilə yaşayan vətəndaşlarımıza bir sıra  müsbət, insani keyfiyyətlər aşılayır.

Könüllülük fəaliyyətinə qoşulan gənclər arasında anket sorğusu keçirilib.

N.Kərimov

 

Şərh Yaz