Xocalı soyqırımında şəhid olanların xatirəsi kütləvi ziyarətlə anılıb

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş çoxsaylı anım tədbirləri, rəsm, inşa yazı müsabiqələri, xatirə idman turnirləri, Xocalıdan olan məcburi köçkün ailələrlə görüşlər keçirilib.
26 fevral 2019-cu il tarixdə saat 8-dən başlayaraq İsmayıllı şəhərinin Mərkəzi meydanında hüznlü musiqilər səsləndirilib. Saat 10-da Nizami Gəncəvi küçəsi ilə Mübariz Orucov küçəsinin qovuşuğunda ucaldılmış “Soyqırımı-Ana harayı” abidəsinə ziyarət başlayıb. Minlərlə İsmayıllı sakini Ananın harayına yetmək üçün öndə “Xocalı” sözünü aparan və ruhları əks etdirən gənclər olmaqla yürüş edib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Ana harayı” abidəsinin önünə əklil qoyub. Ziyarətçilər şəhidlərin adı əks olunan xatirə lövhələrinin qarşısına tər qərənfillər düzüblər.
İsmayıllı Şəhər Mədəniyyət Mərkəzində Xocalı faciəsini-soyqırımını əks etdirən sərgiyə və ədəbi-bədii kompozisiyaya baxılıb.

Şərh Yaz