Hüquqşünasın tribunası

Mənzilin alqı-satqı zamanı notariusda ailə üzvlərinin hamın iştirakı lazımdırmı?

Mənzilin alqı-satqısı faktı notarius tərəfindən təsdiqlənir və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinin tələbinə əsasən, mənzilin alqı-satqısı zamanı həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə MİS-dən arayış təqdim olunur, habelə 18 yaşına çatmış, daimi qeydiyyatda olan ailə üzvlərinin yazılı razılığı alınır.

Borc müqaviləsi necə bağlanır?

Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Məcburi pay nə deməkdir?

Məcburi pay vəsiyyət üzrə vərəsəlik aparılarkən meydana çıxır. Vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir.

Sualları cavablandırdı:

Nəriman Əsədov,

İsmayıllı rayon prokurorunun böyük məisi, II dərəcəli hüquqşünas

Şərh Yaz