“Hapıt elləri”

Rayonun Mollaisaqlı kəndində yaşayan, kəndin tam orta məktəbində coğrafiya müəllimi kimi çalışan İldırım Məsimovun “Hapıt elləri” adlı kitabı çapdan çıxıb.

Müəllif kitabda hapıtların tarixinə, mədəniyyət və məişətinə, bugünə qədər qrunub saxlanmış adət-ənənələrinə, bu istiqamətdə apardığı araşdırmalara geniş yer verib.

Kitabda həmçinin, qədim hapıtların davamçılarının yaşadığı Mollaisaqlı və Hacıhətəmli kəndlərinin yaxın-uzaq keçmişi, söz və sənət, elm adamları haqqında məlumatlar əksini tapıb.

Kitabın maraqlananlar üçün əhəmiyyətli mənbə olması qərarına gələn müıllif onun bir neçə nüsxəsini rayonun Mərkəzi kitabxanasına hədiyyə edib.

Doğma yurdumuzun qədim tarixə malik bir parçası haqqında yazılmış kitabın oxucular üçün maraqlı olacağına əminliklə müəllifə yeni yaradıcılıq uğurları arzulayırıq.

Xatırladaq ki, “Hapıt elləri” İ.Məsimovun mövzu ilə bağlı ikinci kitabıdır.

“İsmayıllı xəbərləri”

Şərh Yaz