Yaddas kitabcasi

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

rmətli Mirdaməd müəllim!

 

Əvvəlcə Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və  Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirik! Sizə uzun ömür, möhkəm can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!

Rayonumuzda aparılan quruculuq və müxtəlif infrastruktur yenilikləri bizdə xoş ovqat və fərəh hissi oyadır. İsmayıllı şəhərində, kənd və qəsəbələrimizdə yüksək səviyyədə həyata keçirdiyiniz yenidənqurma layihələrini dəstəkləyirik. Gərgin əməyiniz sayəsində İsmayıllı şəhəri böyük şəhərlərimizdən heç də geri qalmır.

Keyvəndi bələdiyyəsinin hüdudlarında olan Bilistan kənd sakinləri ilə görüş-qəbulda olunan  müraciətləri dinlədikdən sonra kənd yolu ilə bağlı problemin həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verdiniz. Qısa müddət ərzində yol abadlaşdırıldı. Görülən iş kənd sakinlərinin böyük sevincinə səbəb oldu.

Bu münasibəti  dövlət qayğısı kimi qəbul edir, dəyərləndirib qoruyacağımıza söz veririk. Əmin ola bilərsiniz ki, həmişə sizinləyik və uğurlarınızı alqışlayırıq.

Bilistan kəndinin hər bir sakini Sizə minnətdarlıq edir! Çox sağ olun!

rmətlə, sakinlər adından:

Malik Mənsiyev

 

Şərh Yaz