Dövlət Bayrağının 100 illiyi qeyd olunub

 

Dövlət Bayrağının 100 illiyi qeyd olunub Qalacıq kənd tam orta məktəbində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirilib.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Üçrəngli dövlət bayrağımız təntənəli musiqi sədaları altında səhnəyə gətirilib.
Tədbiri məktəbin direktoru Rusan Qasımov açaraq dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının – Azərbaycan bayrağının təntənəli qaldırılmasını vurğulayıb.Qalacıq kənd tam orta məktəbində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirilib.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Üçrəngli dövlət bayrağımız təntənəli musiqi sədaları altında səhnəyə gətirilib.
Tədbiri məktəbin direktoru Rusan Qasımov açaraq dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının – Azərbaycan bayrağının təntənəli qaldırılmasını vurğulayıb. Qeyd edib ki, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunub və 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında dalğalandırılıb.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırlatmış, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulayaraq, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulayıblar.
Məktəbin şagirdləri Vətən, bayraq, azadlıq, müstəqillik haqqında şeirlər söyləyərək, ədəbi-bədii kompozisiya nümayiş etdirib, milli rəqslərimizdən nümunələr təqdim ediblər.
Elnarə Günəş,
AJB-nin üzvü

Şərh Yaz