Kürdeldarbəylidə görüş-qəbul

Kürdeldarbəylidə görüş-qəbul                             İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bir qayda olaraq yerlərdə qəbulların, qəbul-görüşlərin keçirilməsinə üstünlük verir. Г‡ünki, sakinlərin üzləşdiyi problemlərlə bağlı RİH-nə gəlmələrini müasir idarəetmə prinsiplərinə uyğun gəlmədiyini gözəl bilir. Haqlı olaraq sakinlər də belə münasibətdən razı qalırlar. Hacıhətəmli kənd inzibati ərazi dairəsinə daxil olan Kürdeldarbəyli kəndində də görüş-qəbul elə bu ruhda keçirilib.
Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı M.Sadıqov iştirakçıları salamladıqdan sonra onlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllı rayonuna 25-26 avqust 2018-ci il tarixli səfərindən, səfərin xoş təəssüratlarından və səfərlə bağlı digər yeniliklərdən danışıb.
Kəndin mövcud problemlərini şərh edən başçı bildirib ki, yol, elektrik xətlərinin yenilənməsi və digər çatışmazlıqların olmasından məlumatlıdır və onların həlli üçün ardıcıl tədbirlər görülür. Problemlərin daha tez aradan qaldırılması üçün bələdiyyə daha fəal işləməli, vergi ödəyiciləri də üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər.
Taxılçılığa diqqət artmalı, bu sahədə kooperativlər yaradılmasına səy göstərilməlməsi də görüşün mövzusu olub.
İştirakçılar kəndarası elektrik dirəklərinin dəyişdirilməsini, tibb məntəqəsi üçün münasib otaq ayrılmasını xahiş ediblər.
Kürdeldarbəyli kənd tam orta məktəbinin müəllimi Rəhilə Soltanova ölkədə, İsmayıllıda gedən quruculuq, tikinti, abadlıq işlərindən, sosial-iqtisadi inkişafın yüksək templə davam etməsindən ruh yüksəkliyi duyduğunu, proseslərə dərindən bələd olduğunu bildirib. Azərbaycan vətəndaşları üçün yaradılan hər cür rahatlığa görə ölkə Prezidentinə, rayondakı ürəkaçan işlərə görə RİH başçısına sakinlər adından minnətdarlıq edib.
Sonda hamının adından xahiş edib ki, kənd yolunun gediş-gəliş üçün rahat olmasına diqqət göstərilsin.
M.Sadıqov 10 saylı Yol İstismar Sahəsinin görüş-qəbulda iştirak edən baş mühəndisi Nəriman Səfərova bu barədə yerindəcə tapşırıq verib. Digər təklif və xahişlərlə əlaqədar onları icra edəcək şəxslər müvafiq tapşırıqlar alıblar.

*** Kürdeldarbəylidə görüş-qəbul
Əraziyə bu gəlişində İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov Gideyli kəndinin sakinləri ilə də görüşüb.
Günün vacib məlumatlarını diqqətə çatdırdıqdan sonra Əməkdar elm xadimi sakinləri dinləyib, onları narahat edən məsələlərlə maraqlanıb. Başçı bu kənddə yaşayanların öz həyat fəaliyyətlərini, güzəranlarını qurmaqda daha çox özlərinə güvəndiklərini bildirib.
Həmçinin qeyd edib ki, insanlar bəzi məsələlərdə, onların həllinə icra strukturlarının yardımına ehtiyac duyurlar.
Görüş-qəbulda çıxış edənlər kənddə qazılan subartezian quyusuna, onun istismara verilməsinə görə minnətdarlıq ediblər. Lakin bu suyun yay aylarında yetərli olmadığını vurğulayıblar.
Bir oğlu və nəvəsi şəhid olmuş Qəzənfər kişi səhhətində yaranmış narahatlıqların ardadan qaldırılması üçün tibbi yardıma ehtiyacı olduğunu açıqlayıb.
RİH başçısı kənddə tibb məntəqəsinin fəaliyyət göstərməsi, təhlükəli vəziyyət almış elektirik dirəklərinin dəyişdirlməsi üçün tapşırıqlar verib. Kənd sakinlərinə bir araya gəlib müxtəlif sahələr üzrə iş qurmalarını məsləhət görüb. Kənddə uşaq bağçası açılması üçün müvafiq təşkilatlara tapşırıqlar verib.
Şahməmməd Soltanov,
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, Prezident təqaüdçüsü

Şərh Yaz