“Uşaq kitab karvanı” İsmayıllıda

22 oktyabr 2018-ci il tarixdə İsmayıllı Uşaq kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı” adlı layihə çərçivəsində tədbir keçirilib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı qüvvələrin yaranmasının 100 illiyinə həsr olunub. Tədbirdə RİH-nin əməkdaşları M.Məhərrəmov və G.Baxışova, layihə müəllifləri Şəhla Qəmbərova və Zöhrə Dadaşova, şair Ələmdar Quluzadə, yazıçı Reyhan Yunisqızı, “Göy qurşağı” jurnalının redaktoru Sevinc Nuruqızı, şagirdlər və bağça uşaqları iştirak ediblər.
"Uşaq kitab karvanı" İsmayıllıda

Əvvəlcə kitabxananın foesində təşkil olunmuş kitab sərgisinə baxılıb. “Nağıl otağı”nda məktəblilərin və bağça uşaqlarının çıxışları dinlənilib.
Tədbir kitabxananın zalında davam etdirilib. Qonaqlar rayon rəhbərliyi adından salamlanıb. Г‡ıxış edən layihə müəllifləri və qonaqlar layihənin məram və məqsədi barədə məlumat verib, ayrı-ayrılıqda çıxış ediblər. Şair Ə.Quluzadə yazdığı uşaq şeirlərini oxuyub.
Rayon Mədəniyyət Mərkəzinin “Niyal” ansanblının ifasında uşaqlara təbiət və vətənpərvərlik mövzulu mahnılar təqdim olunub.
Sonda kitabxanaya layihə çərçivəsində 400 ədəd kitab hədiyyə olunub.
Gülər Baxışova

"Uşaq kitab karvanı" İsmayıllıda
"Uşaq kitab karvanı" İsmayıllıda
"Uşaq kitab karvanı" İsmayıllıda

Şərh Yaz