Mənalı ömrün akkordları

İlk baxışda mənə elə gəlirdi ki, bu yazını qələmə almaq o qədər də çətin olmayacaq. Г‡ünki yaxından tanıdığım, hər gün təmasda olduğum, xarakterinə, keçdiyi həyat yoluna dərindən bələd olduğum bir insan haqqında qələm işlətmək nə çətin işdir deyə düşünürdüm. Mənalı ömrün akkordları                       insan haqqında düşüncələrini oxucu ilə bölüşmək, onu tanıtmaq daha çətin, daha məsuliyyətli imiş.
Bütün mənalı ömrünü əvvəlcə pedaqoji fəaliyyətə, sonra isə daha məsuliyyətli bir sahəyə – dövlət qulluğuna həsr edən bu şəxs hamımızın yaxından tanıdığımız, ziyalılığına, bilik və bacarığına, səmimiyyətinə, ən başlıcası insani keyfiyyətlərinə hörmətlə yanaşdığımız Murad müəllimdir. Г‡ox xoşdur ki, kimi dindirirsən, kimdən soruşursan onun haqqında müsbət fikir söyləyir, yaxşı insan, əsil ziyalıdır deyir.
Bioqrafiyasına o qədər də yer ayırmaq fikrim yoxdur. Qısa bir arayışla həyat yolunu sizə təqdim etməyi daha üstün tuturam.
1953-cü il avqustun 10-da İsmayıllı rayonun Müdri kəndində müəllim ailəsində dünyaya göz açıb. Təzəkənd kənd orta məktəbini, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Buynuz kənd məktəbində müəllim, direktor müavini, Rayon Təhsil Şöbəsində metodist və inspektor vəzifələrində çalışıb. Bütün müsbət keyfiyyətləri nəzərə alınaraq 2003-cü ildən Rayon İcra Hakimiyyətində dövlət qulluğuna irəli çəkilib.
Hazırda İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini vəzifəsində fəaliyyəti davam etdirir.
Murad müəllim pedaqoji sahədə çalışan vaxtlarda da qabaqcıllar sırasında olub. Buynuz kəndindən müxtəlif sahələr üzrə kadrların yetişməsində onun böyük müəllim əməyi durur. 70-80-ci illərdə Buynuz məktəbinin qabaqcıl təhsil müəssisələri sırasında yer almasında Murad müəllimin çox böyük zəhməti olub. Yetişdirdiyi şagirdlər, fəxri fərmanlar, tərifnamələr, metodist müəllim adı, “Əmək şöhrəti” ordeni onun əmək bioqrafiyasının göstəriciləridir. RTŞ-də işlədiyi zamanda özünü bacarıqlı təhsil işçisi kimi tanıda bilib. Metodist və inspektor işlədiyi on ildən çox bir vaxtda İsmayıllı təhsilinə, onun inkişafına, gənc kadrların yetişməsinə Murad müəllim böyük zəhmət sərf edib.
Dövlət qulluğu onun üçün tam fərqli bir sahə olub. Lakin burada da biliyi, dünya görüşü, zəhmətsevərliyi, məsələlərə obyektiv yanaşma tərzi onu irəli aparıb. Rəhbərlik tərəfindən verilən tapşırıqları dövlət siyasətinin tələbləri əsasında uğurla həll edib. Məsələlərə obyektiv, prinsipial dövlət maraqları əsasında yanaşıb. Bunun nəticəsi olaraq burada da işlədiyi kollektivin, rayon ictimaiyyətinin dərin hörmətini qazanıb. Onun bütün şəxsi keyfiyyətləri, qulluq mövqeyi ilə əsil bir dövlət qulluqçusu kimi tanıyıblar.
Murad müəllim yaxşılığın, xeyirxah əməllərin əlindən tutub yol gedir. Onun xarakteri bütöv bir şəxsiyyətin xarakteridir. Sanki bu insan yaxşılıq etmək üçün bu dünyaya gəlib. Murad müəllim təmizliyin, paklığın nümunəsidir. Gücü çatdığı dairədə hamıya kömək əlini uzadır.
Bütün bunların nəticəsidir ki, bu xeyirxah insan qəlbində bir şair ürəyi döyünür.
Duyğu və düşüncələrini, arzu və istəklərini, sevincini, kədərini, vətənə, torpağa, elə məhəbbətini illərdir ki, poeziyanın dili oxuculara çatdırır. Deyir:
Haram tikə üstə neyləyirəm qisməti
Həyadır, abırdır, üzümdə ismət.
Düzə məhəbbətim, əyriyə nifrət,
İşıqlı salamdır halal çörəyim.
Onun “Mənim payız kədərim” şeir kitabını vərəqləsəniz belə nümunələrə çox rast gələrsiniz. Halallıq yolundan keçən, dövlətə, vətənə, elə sədaqətlə xidmət edən bu yurddaşımızın bu ilin 10 avqustunda 65 yaşı tamam oldu. Qərara aldıq ki, onun yubileyini elə öz iş yerimizdə, özü kimi sadə bir çay süfrəsi arxasında qeyd edək. Bütün aparat işçilərinin toplaşdığı bu sadə və səmimi məclisdə yubilyarı təbrik etdik, ürək sözlərimizi söylədik. Rayonumuzun böyük ağsaqqalı, professor, əməkdar elm xadimi, RİH-nin başçısı Mirdaməd Sadıqov yubilyarı təbrik etdi, ən xoş arzularını ona çatdırdı. Dövlət qulluğundakı səmərəli fəaliyyəti barədə danışdı. Qeyd etdi ki, Murad müəllimlə vidalaşmaq, onu istirahətə göndərmək fikrimiz yoxdur. O, hələ də aparatda qalıb bizimlə birgə çalışacaq. Başçının bu təklifi hamımızın ürəyincə oldu. Əziz qardaşımız, atamız, gözəl ziyalımız qal və işlə! Sənə daha bir bu qədər də mənalı ömür arzulayırıq. 65 yaşın mübarək!
Gülnarə Mirzəliyeva,
İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi

Şərh Yaz