Yaddas kitabcasi

Cümhuriyyətin 100 illiyi bayram edilib

Qalınçaq kənd tam orta məktəbində ərazi inzibati dairə üzrə nümayəndəliyin, Qalınçaq bələdiyyəsinin iştirakı və tam orta məktəbin təşkilatçılığı ilə Cümhuriyyətə layiq əsil bayram şənliyi yaşanıb.Cümhuriyyətin 100 illiyi bayram edilib
Cümhuriyyətin 100 illiyi bayram edilib            Qalınçaq kənd ağsaqqallarının, veteranlarının, ziyalılarının, yuxarı sinif şagirdlərinin, müəllimlərin, müxtəlif təşkilatlardan gələn qonaqların iştirakı ilə məktəbin akt zalında keçirilən bayram tədbirini məktəbin direktoru Xalid Seyidov açıb. Şagirdlərin ifasında Dövlət Himni səslənib. Aparıcılar tədbir boyu Demokratik Cümhuriyyətin yaranması tarixindən, onun keçdiyi yoldan, süqutu səbəblərindən, müstəqilliyimizin əbədiliyi yolunda ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən və Azərbaycanın sürətli inkişafındakı yüksək nailiyyətlərindən danışıblar.
Cümhuriyyətin tarixi ilə müasir Respublikamızın uğurlarının sintezindən ibarət film nümayiş etdirilib. Vətənə, bayrağa, Azərbaycana, Ümummilli liderə həsr olunmuş şeirlər, mahnılar səslənib.
IX sinif şagirdi Nurcan Musayevanın səhnələşdirilmiş formada təqdim etdiyi “Bayraq” şeiri öz möhtəşəmliyi ilə iştirakçıları ayağa qaldırıb.
Qələbəyə çağırış ruhlu ifası ilə sözə yer qoymayan Nurcanın çıxışından sonra bayram tədbiri yekunlaşıb.
Valeh Salehov

Şərh Yaz