Uşaqlar diqqətdə saxlanılır
Kollecimizin məktəbəqədər təlim və tərbiyə fakültəsinin 1014 qrupunun tələbələri təcrübədə olduğu 1 nömrəli Uşaq bağçası və körpələr-evinin körpə fidanları ilə bərabər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə iştirak etdilər. Tədbir rayonun nüfuzlu istirahət mərkəzlərindən birində – “Günəş” ailəvi istirahət mərkəzində baş tutub.Yaddaqalan tədbirdə tələbələrimiz uşaqların iştirakı ilə hazırladıqları müxtəlif musiqili və əyləncəli çıxışları bayram tədbirində iştirak edənlərə təqdim ediblər.
Qeyd edək ki, məktəbəqədər təlim və tərbiyə fakültəsinin 1014 qrupunun tələbələri 16 mart 2018-ci il tarixdən 1 nömrəli Uşaq bağçası və körpələr-evində təcrübə keçirlər.
Leyla Mustafayeva