Biliklər qiymətləndirilir

1 iyun 2018-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində yaz imtahan sessiyası başlanıb.Biliklər qiymətləndirilir       Təhsil Nazirliyinin əmrinə əsasən kollecdə imtahan sessiyasında tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədilə sessiyanın gedişində daxil olan müraciətlərin obyektiv və operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə qərargah yaradılıb, apelyassiya komissiyası təşkil olunub.
İmtahanlar tədris planlarına uyğun təsdiq olunmuş cədvəl əsasında keçirilib. Arzu edən valideynlərin və ictimayətin nümayəndələrinin imtahanlarda iştirakına şərait yaradılıb. Təlimata əsasən imtahan nəticələri həmin gün elanlar lövhəsində asılıb. Ümumiyyətlə, imtahan sessiyasının mütəşəkkil, obyektiv və şəffaf keçirilməsində kollec rəhbərliyinin göstərişlərinə tam əməl olunub.
Ramid Qasımov

Şərh Yaz